
Rəqəmsal Məhsulların İdarə Edilməsi şöbəsinin rəisi (Biznes Proseslərin İdarə Edilməsi Departamenti)
63
- Kateqoriya: Marketinq
- Şəhər: Bakı
- İş təcrübəsi: 1 ildən az
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 10187
- Elanın yerləşdirmə tarixi: 06.02.2025
- Elanın bitmə tarixi: 08.03.2025
Namizədə tələblər
- Ali təhsil;
- Bank işi və sahə üzrə iş təcrübəsi mütləqdir;
- Azərbaycan, rus və ingilis dillərini yaxşı səviyyədə bilmək;
- “MS Office” proqramları üzrə biliklər (“MS Excel”, “MS Visio”, “MS PowerPoint” bacarıqlarının olması);
- “Jira”, “Google Sheets/Docs/Forms”, "Trello", “Miro”, “Figma” kimi alətlərlə tanışlıq və istifadə edə bilmə bacarıqları;
- “SQL” ilə tanışlıq və biliklərin olması;
- Analitik düşünmə qabiliyyəti;
- Komanda tərkibində və fərdi şəkildə işləmək və yüksək ünsiyyət bacarıqları;
- Məsuliyyətlilik və operativlik;
- Kreativlik və təşəbbüskarlıq;
- Sərbəst araşdırma qabiliyyəti;
- Yaradıcı təxəyyülə malik olmaq.
İş haqqında məlumat
- Layihələr üzrə tədbirlər planlarının hazırlanması;
- Məhsulların yol xəritələrinin hazırlanması;
- Dəyişdirilməsi təklif olunan biznes proseslərin və ya yeni layihələr üzrə biznes proseslərin təhlili;
- Maraqlı tərəflərdən tələblərinin toplanması, ehtiyacların müəyyən edilməsi üçün görüşlərin və müsahibələrin həyata keçirilməsi;
- Layihənin icrası üzrə işlərin siyahısının hazırlanması və prioritetləşdirilməsi;
- Layihələr üzrə nəzərdə tutulmuş işlərin və dəyişikliklərin tətbiqi məqsədilə tapşırıqların formalaşdırılması və bu prosesdə iştirak edən strukturlar ilə razılaşdırılması;
- Tələblərin komanda üzvlərinə aydın şəkildə çatdırılması və icrası üçün işin təşkili;
- Layihənin icrası mərhələsində tələblərin düzgün çatdırılması üçün lazımi məlumat dəstəyinin göstərilməsi;
- Testləşmə işlərinin həyata keçirilməsində dəstəyin göstərilməsi və çatışmazlıqlar aşkar olunduğu təqdirdə, onların aradan qaldırılması məqsədi ilə tədbirlərin həyata keçirilməsi;
- Görülmüş işlər üzrə nəticələrinin sifarişçisi və bankın digər aidiyyatı struktur bölmələri ilə razılaşdırılmasının və istismara buraxılmasının təşkili;
- Görülmüş işlərin istifadəyə verilməsi mərhələsində təqdimatın həyata keçirilməsi və lazımi təlimlərin verilməsi (İstifadəçi təlimatları, təqdimatlar və s.);
- Layihə üzrə qoyulmuş hədəflərin yerinə yetirilməsini izləmək;
- Fəaliyyət göstərdiyi dövrdə qarşıya çıxan digər cari vəzifələri yеrinə yеtirmək;
- Dövri hesabatların hazırlanması.