logo

Rəqəmsal Marketinq üzrə Mütəxəssis

  • Kateqoriya: Marketinq
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1 ildən az
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 13221
  • Elanın yerləşdirmə tarixi: 07.05.2025
  • Elanın bitmə tarixi: 06.06.2025

Namizədə tələblər

  • Marketinq, Biznes və ya müvafiq sahələrdə ən azı bakalavr dərəcəsi;
  • Rəqəmsal marketinq meneceri, SEO, SEM, SMM mütəxəssisi, hesab meneceri kimi əvvəlki təcrübə;
  • Əvvəlki işlərin portfeli;
  • Məzmun idarəetmə sistemi haqqında biliklər (məsələn, WordPress);
  • İngilis dili biliyi;
  • Güclü şifahi və yazılı ünsiyyət bacarıqları.
İş haqqında məlumat
  • İllik rəqəmsal marketing planını hazırlayıb, məhsul sahibi ilə razılaşdırdıqdan sonra hər rüb üzrə ona müəyyən düzəlişlər etmək;
  • İllik rəqəmsal addımlar üzrə yol xəritəsi hazırlamaq;
  • Mütamadi olaraq rüblük rəqəmsal məhsullar üzrə rəqib araşdırması etmək;
  • Rəqəmsal marketinq üzrə araşdırma edərək yeniliklərdən xəbərdar olma;
  • Müvafiq veb-saytlarda məhsullar üzrə illik SEO planının hazırlanması və tətbiq olunması;
  • “Ahrefs”, “Semrush” və ya buna oxşar platformalar ilə rəqib araşdırması edilməsi;
  • “Google Search Console” və “Screaming Frog” ilə müvafiq məhsul üzrə saytın texnki problemlərinin aşkar edilməsi və həllində iştirak etmək;
  • Rüblük olaraq daxili “link building” və “backlink” işlərini görmək; (semantic core)
  • Rüblük olaraq markup-lama işlərini görmək;
  • Daimi keyword araşdırması etmək;
  • Rüblük olaraq müvafiq veb-saytda məzmunların SEO-ya uyğunlaşdırılmasına dəstək olmaq;
  • Kampaniya şərtlərinin hazırlanmasında yaxından iştirak etmək;
  • Kampaniyada istifadə edəcəyi linklər üzrə UTM-li linkləri və qısaldılmış URL-ləri hazırlamaq;
  • Kampaniya üzrə hazırlanacaq dizayn brifini və bannerər lazımı ölçüləri qrafik dizaynerə təqdim etmək
  • Əlavə seçilmiş kanallar üzrə reklamların visual və mətnlərinin yerləşdirilməsini təmin etmək.
  • Kanallar (Facebook, Instagram, LinkedIn, Google Ads, Video Ads, Yerli programatiklər, Telegram, Twitter) üzrə ödənişli reklam kampaniyalarının təyin edilməsi;
  • “Google search ads” üzrə aylıq müştərilərin axtardığı və məhsula uyğun olan açar sözləri və neqativ açar sözləri əlavə etmək;
  • Müştərilərə məhsul haqqında məlumat vermək üçün “GetBeamer” və ya “One Signal” tipli məlumatlandırma platformaları ilə işləmək;
  • Rüblük olaraq CTR, CVR, ROAS və ROİ-ni artırmaq, CPC və CPA-in aşağı salınması üçün işlər görmək;
  • Reklam kanalları üzrə aylıq reportlar hazırlamaq;
  • Verilən datalardan vizual reportlar formalaşdırmaq
  • Məhsul üzrə veb-saytda heatmap programları (Yandex Metrica, Hotjar) ilə müştəri davranışına uyğun report çıxarmaq və bununla da “conversion rate”i artırmaq;
  • “Google Analytics” (“Universal” və “4 property”) üzrə müştəri reportları çıxarmaq;
  • “Tag Manager” ilə lazimi taglərin formalaşdırılması və onun Google Analytics və ya müvafiq platformaya (məs: Google ads) ötürməli.

 

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: