logo

Rəqəmsal marketinq üzrə baş mütəxəssis

  • Kateqoriya: Marketinq
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 8175
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 14.10.2024
  • Elanın bitmə tarixi: 13.11.2024
Namizədə tələblər
  • Təhsil: Ali;
  • Marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
  • Analitik, kreativ, məntiqi düşüncəyə sahib olmaq;
  • Tapşırıqlara marketinq nöqteyi-nəzərdən yanaşmaq; 
  • Axtarış motorlarının alqoritmləri barədə məlumatlı olmaq;
  • Google (Ads, Analytics, YouTube), CDMP (Certified Digital Marketing Professional), Facebook BluePrint və s.
İş haqqında məlumat

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Rəqəmsal marketinq üzrə baş mütəxəssis vakansiyasını elan edir. Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır. Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır. Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

 

Rəqəmsal marketinq üzrə baş mütəxəssis nə iş görür?

  • Planlaşdırılmış rəqəmsal marketinq büdcəsinin idarə edilməsi və hər bir yerləşdirmə kanalları (Ödənişli media, mobil, sosial və SEO) üzrə maksimal effektivliyin əldə edilməsinə nəzarət etmək;
  • Şirkətin müxtəlif virtual şəbəkələrdə reklam kompaniyalarını həyata keçirmək;
  • Ən yeni və səmərəli SEO təcrübələrini analiz və tətbiq etmək;
  • A/B testinq və bənzər alətlərdən istifadə edib müştəri seqmentləri və kanalların effektivliyini təhlil etmək;
  • Bütün rəqəmsal reklam kampaniyalarının fəaliyyətini ölçmək, hesabat hazırlmaq və hədəflərə əsasən onları qiymətləndirmək (ROI/KPI və s.);
  • Məhsul və xidmətlərin istifadəçilərinin artımını təmin etmək üçün yeni rəqəmsal kanalları sınaqdan keçirmək;
  • Şirkətin sosial media platformalarına (Instagram, Facebook, Linkedin, YouTube, və s.) nəzarət etmək;
  • Kampaniyaların nəticələrini və effektivliyini təhlil etmək və rəqəmsal marketinq portfeli üzrə aylıq hesabatlar yaratmaq.

 

Əlavə məlumat:

  • Bazar ertəsi – Cümə: 10:00-19:00

 

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Rəqəmsal marketinq üzrə baş mütəxəssis” qeyd  

etməklə e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: