
- Kateqoriya: Marketinq
- Şəhər: Bakı
- İş təcrübəsi: 1 ildən az
- Maaş: Müsahibə əsasında
- İş rejimi: Tam-ştat
- Elan ID: 11107
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 03.03.2025
- Elanın bitmə tarixi: 02.04.2025
Namizədə tələblər
- Instagram, TikTok və sosial media aləmində "boss" kimisənsə
- Canva və CapCut ilə dostluq edirsənsə
- "Orijinal" ideyalar beynində fırlanırsa və vizual zövqün kəskindirsə
- Sürətli, keyfiyyətli və maraqlı məzmun hazırlamağı bacarırsansa
- Komanda işi sənin üçün kabus yox, zövqdürsə
İş haqqında məlumat
Diqqət! Kreativ beyinlər və Reels dahisi olanlar, bura baxın!
- Sosial mediada scroll edərkən “Bunu mən daha yaxşı çəkərdim!” deyirsənsə, artıq vaxtıdır – bunu bizə sübut et! Pickvisa komandası Reels Maker & Content Creator axtarır. Trendləri izləyən yox, yaradan biri olduğunu düşünürsənsə, elə indi müraciət et!
Səni nələr gözləyir?
- TikTok & Instagram üçün bomba Reels-lər yaratmaq – viral olmaq sənin işin olacaq!
- Trendlərin qabağını kəsmək – bizə köhnəlmiş ideyalar yox, "wow" effektli məzmun lazımdır!
- Pickvisa xidmətlərini epik səviyyədə təqdim etmək – "sadə reklam" anlayışını unut, bizə fərqlilik lazımdır!
- Komanda ilə ideya beyin fırtınaları – bəzən çay, bəzən kofe, amma həmişə kreativlik!
Biz nə təklif edirik?
- 7/24 işləyən kofe maşını – çayçılar üçün də su veririk, narahat olma.
- Hər gün motivasiya dolu bir komanda – bəzən iş, bəzən gülməkdən göz yaşları.
- Rəqabətli maaş və kreativ azadlıq – sən yarat, biz dəyərləndirək!
- Şəhərin mərkəzində rahat ofis – “burda internet niyə belə zəifdir?” deməyəcəksən.
Hazırsansa, CV və portfolionu göndər! Başlıqda "Reels Maker və Content Creator" qeyd etməyi unutma. (PS. Salamsız, kəlamsız sadəcə CV göndərənlərin CV-lərinə ən axırda baxacayıq!)
Biz sənin kreativ çılğınlığını görmək üçün səbirsizliklə gözləyirik!
Cv -lər elektron poçt adresinə göndərilməlidir.