logo

Qrup Rəhbəri (Problemli Kreditlər üzrə)

  • Kateqoriya: Maliyyə
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 16096
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 12.01.2026
  • Elanın bitmə tarixi: 11.02.2026

Namizədə tələblər

  • Borcların qaytarılması sahəsində təcrübə — gecikmə mərhələlərini bilmək (Soft, Hard, Collection, Legal), borclularla ünsiyyətin xüsusiyyətlərinə bələd olmaq, müvafiq sahə üzrə rəhbər vəzifələrdə azı 1 il iş təcrübəsi.
  • Mühüm şərtlər: məhkumluğun və kreditlər üzrə məhkəmə qərarları/borcların olmaması.
  • İnsanlarla idarəetmə bacarıqları — operatorları motivasiya etməyi, intizamı qorumağı və planların icrasına nəzarət etməyi bacarmaq.
  • Geri qaytarma üzrə KPI bilikləri — Recovery Rate, RPC (Əlaqə yaradılmış əsas şəxs), PTD (Borc üzrə vəd), vəd nisbəti, planın icra faizi və s.
  • Analitik düşüncə — hesabatlarla işləmə bacarığı (Excel, BI), hesabatlardan mənzərəni düzgün oxumaq və mümkün risklərin qarşısını öncədən alma bacarığı.
  • Compliance (uyğunluq) anlayışı — komandaya qanun və daxili qaydalar çərçivəsində işləməyi izah edə bilmək, nəticəyə yönəlik komanda motivasiyasını təmin etmək.
  • Rus dilini mükəmməl bilməsi vacibdir.

 

Şəxsi keyfiyyətlər:

  • Lider — komandanı arxasınca apara bilən, eyni zamanda hörmət və nəzarəti saxlayan.
  • Ünsiyyətcil — tapşırıqları həm rəhbərliyə (yuxarı), həm də operatorlara (aşağı) düzgün çatdıra bilən.
  • Stressə davamlı — geri qaytarma işi daim müştərilərdən gələn neqativlə müşayiət olunur, həm özünü, həm də komandanı kontrol edə bilməlidir.
  • Təşkilatçı — iş yükünü düzgün bölən, iş qrafikinə, növbələrə və fasilələrə nəzarət edən.
  • Təlimçi/Mentor — yeni işçiləri öyrətməyi, zəif operatorları inkişaf etdirməyi bacaran.
İş haqqında məlumat

“KredAqro” BOKT MMC Problemli Kreditlər üzrə Qrup Rəhbəri vakansiyasına işçi axtarışı elan edir.

 

Vəzifə və öhdəliklər:

  • Komandanın işinin təşkili: tapşırıqların verilməsi, zənglərə nəzarət, zəng siyahılarının bölüşdürülməsi, şablon və ya tapşırıq əsasında baza hesabatların hazırlanması, kampaniya zənglərinin kontrolu.
  • KPI göstəricilərinə nəzarət: ödəniş planlarının icrası, ödənişə çevrilmə faizi, uğurlu əlaqə sayı.
  • İşçilərin motivasiyası: zənglərin təhlili, təlimlər, kouçinq, mini-treninqlərin keçirilməsi.
  • Digər şöbələrlə koordinasiya: hüquq, analitika, IT (CRM, dialer üzrə məsələlər).
  • Rəhbərlik üçün hesabatların hazırlanması: gündəlik və həftəlik qrup nəticələrinin ümumiləşdirilməsi.

 

İş şəraiti:

  • İş qrafiki: (Bazar ertəsi - Cümə, 10:00-19:00, 2/2 növbəli sistemə keçid mümkün ola bilər).
  • Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə.
  • Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə.

 

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini (əmək haqqı gözləntisini qeyd etməklə) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Qrup Rəhbəri)  qeyd etməklə göndərmələri xahiş olunur. 

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: