R

Qeydiyytaçı

  • Kateqoriya: İnzibati
  • Şəhər: Bakı
  • Ünvan: Çinar Park biznes mərkəzi
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 16504
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 02.03.2026
  • Elanın bitmə tarixi: 01.04.2026

Namizədə tələblər

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi;
  • MS Office proqramlarını yüksək səviyyədə bilməli;
  • Məsuliyyətli, diqqətli və komandada işləmə bacarığı;
  • Azərbaycan dilində sərbəst, rus və ya ingilis dillərini bilməsi arzuolunandır.

 

Bacarıq və səriştələr:

  • Korporativ müştərilərlə iş təcrübəsi;
  • Əmək və məşğulluq alt sistemində işləmək bacarığı;
  • Ünsiyyətcil olmalı;
  • Komanda ruhlu olmalı;
  • Öyrənməyə həvəsli olmalı, peşəsi ilə bağlı yenilikləri işinə tətbiq edə bilməli;
  • Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik kimi peşəkar vərdişlərə sahib olmalı;
  • Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir;
  • Problemləri həll etmə bacarığı olmalıdır.
İş haqqında məlumat
  • Cəmiyyətə gələn qonaqları nəzakətli və gülər üzlə qəbul edir, onlara qarşı diqqətli olur, onların müraciəti əsasında onları müvafiq bölmə və ya şöbələrə istiqamətləndirir;
  • Cəmiyyətin adına gələn məktubları, teleqrafları və digər sənədləri qəbul edir, qəbul edilmiş qaydalara uyğun olaraq sənədləri sistemləşdirir, müvafiq bölmə və ya şöbələri məlumatlandırır;
  • Cəmiyyətin bölmə və şöbələri tərəfindən göndəriləcək sənədlərin və ya məktubların göndərilməsi işini təşkil edir, onlara nəzarət edir, məlumatı rəsmiləşdirir, müvafiq qurum və şöbələrə nəticə barədə məlumat verir;
  • Kargüzarlıq işini aparır, təsdiq olunmuş nomenklaturaya uyğun olaraq işləri formalaşdırır, onların mühafizəsini təmin edir və qanunvericilik əsasında müəyyən edilmiş vaxtda arxivləşdirir;
  • Rəhbərlik tərəfindən müəyyən olunmuş iclas və müşavirələrin vaxtını və yerini müəyyən olunmuş qaydalar əsasında işçilərə məlumat verir, lazım olan sənədləri hazırlayır, qəbul edilən qərarların qeydiyyatını aparır, protokolları hazırlayır, onları rəsmiləşdirir;
  • Rəhbərlik tərəfindən müəyyən olunmuş müvafiq qərarların işçilərə elan olunmasını təmin edir; 
  • Rəhbərliyin və digər işçilərin dəftərxana ləvazimatlarını və texniki-təşkilati vasitələrə ehtiyacını müəyyən edir, onların təmin olunması üçün müvafiq bölmə və şöbələrə məlumat verir, onların ehtiyacı olan dəftərxana ləvazimatları və texniki-təşkilati vasitələrlə təmin olunmasını təşkil edir;
  • Əmək qanunvericiliyinin tələblərini bilmək, əmək məşğulluq alt sistemində işçilərlə əmək müqaviləsinin bağlanmasını, xitamını təşkil edir və sistem üzərindən digər işlərin həyata keçirilməsini təmin edir;
  • Rəhbərlik tərəfindən qəbul edilmiş qaydalara uyğun olaraq işçilərin şəxsi sənədlərini qəbul edir, rəhbərlik, bölmə və şöbə rəhbərləri tərəfindən həmin sənədlərin imzalanmasını təşkil edir;
  • Rəhbərliyin tələbi əsasında sənədləri hazırlayır, redaktə edir, imzalanması işini təşkil edir, sənədlərin surətinin (kseroks və scan) çıxardılmasını, çoxaldılmasını təmin edir.

 

İş şəraiti:

  • İş yeri: Bakı şəh., Çinar Park biznes mərkəzi;
  • Pozitiv və dəstəkləyici iş mühiti;
  • Karyeranın inkişaf etdirilməsi mümkün olan iş mühiti;
  • İş qrafiki: altı günlük;
  • Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılacaq.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Qeydiyyatçı” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: