
- Kateqoriya: Informasiya texnologiyaları
- Şəhər: Bakı
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 10361
- Elanın yerləşdirmə tarixi: 12.02.2025
- Elanın bitmə tarixi: 14.03.2025
Namizədə tələblər
- Ali təhsil (aidiyyatı sahə üzrə arzuolunandır);
- Sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili əla, İngilis və Rus dilləri yaxşı səviyyədə arzuolunandır;
- Storage, Backup sistemləri üzrə biliklər;
- Linux və Windows serverlər, VMware, Nutanix, AIX, Mail Server, SCCM və s. üzrə ilkin biliklər;
- Windows server, Linux əməliyyat sistemlərinin idarə olunması;
- Monitorinq sistemləri üzrə biliklər;
- Ödəniş sistemləri üzrə biliklər;
- Tiket sistemləri (Jira, Zoho və s.) ilə iş təcrübəsi.
İş haqqında məlumat
- IT İnfrastrukturun (server, iş stansiyaları, avadanlıq və proqram təminatı) fasiləsiz fəaliyyətini təşkil və təmin etmək;
- Server və iş stansiyalarına proqram təminatının yüklənməsi və serverdə sistemin konfiqurasiya olunması;
- Server və iş stansiyalarına proqram təminatının inteqrasiyasını təmin etmək;
- Server avadanlıqlarına və server proqram təminatına texniki xidmət göstərmək, nasazlıqların aradan qaldırılmasında iştirak etmək;
- Monitorinq və loqlamaların düzgün şəkildə aparılmasını təmin etmək, monitorinq nəticələrinə əsasən infrastrukturun inkişafı ilə bağlı təkliflər hazırlamaq;
- Server proqram təminatının işlək vəziyyətdə olması və təhlükəsizliyini təmin etmək;
- Sistemlərə girişlərin, sistem faylları, verilənlərə baxış və dəyişikliklərin təhlükəsizliyini təmin etmək və audit aparmaq;
- Sistemlərdə təhlükəsiz işi təmin etmək: məlumatlara icazəsiz girişlərin əldə edilməsi, sistem faylları, verilənlərin baxılması və dəyişdirilməsi hallarının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini həyata keçirmək;
- Müasir tələblərə uyğun backup texnologiyalarını tətbiq etməklə verilənlərin etibarlı rezerv olunmasını təmin etmək;
- İstifadəçilərin qeydiyyatının aparılması (domain controller-də), user identifikasiya və parolların təyin edilməsi.