G

Proqram Təminatı üzrə Baş Mütəxəssis

  • Kateqoriya: Informasiya texnologiyaları
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 5 ildən çox
  • Maaş: Müsahibə əsasında
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 8112
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 07.10.2024
  • Elanın bitmə tarixi: 06.11.2024
Namizədə tələblər
  • Proqram təminatının hazırlanması üzrə 4 il;
  • İnformasiya Texnologiyaları sahəsində təhsil, təlim və beynəlxalq dərəcəli sertifikatlar arzu olunandır;
  • Bir və ya bir neçə proqramlaşdırma dillərində biliyi (məsələn, Java, Python, C#, JavaScript və s); 
  • Proqram təminatının dizayn prinsipləri, mikroservislər arxitekturası və paylanmış sistemlər haqqında güclü anlayış;
  • Konteynerləşdirmə texnologiyaları (Docker, Kubernetes) ilə təcrübə;
  • Verilənlər bazaları (SQL, NoSQL) və məlumatların saxlanması texnologiyaları ilə tanışlıq;
  • MS Office proqramlarını yaxşı bilmək;
  • Azərbaycan və İngilis dillərini yaxşı bilmək, Rus dilini bilmək üstünlükdür;
  • Problem həll etmə və analitik düşüncə;
  • Güclü ünsiyyət və əməkdaşlıq bacarıqları.
İş haqqında məlumat
  • Layihələr üzrə kodların nəzərdən keçirilməsini təmin etmək, “pull request”-ləri yoxlamaq, layihə dizaynını nəzarətdə saxlamaq;  
  • Mövcud pluginlərin dəstəklənməsində, yeni pluginlərin yaradılmasında qərarverici kimi iştirak etmək, bu işlərə nəzarət etmək, yaranan texniki problemlərin həllinə dəstək vermək və yazılan pluginlərin düzgün arxitektural strukturda olmasına nəzarət etmək;
  • Arxitektura ilə bağlı qərarlar vermək, ən yaxşı təcrübələr əsasında təkliflərlə çıxış etmək;
  • Layihələr üzrə sənədləşdirmə işlərinin aparılmasında iştirak etmək;
  • Proqramçılar üçün müxtəlif qaydalar və təlimatların yaradılmasında birbaşa iştirak etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların icrasını təmin etmək;
  • İcra etdiyi işlərlə bağlı birbaşa rəhbərinə hesabat vermək.

 

İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. 

Son müraciət tarixi: 07.11.2024.

 

Müraciət etmək üçün, CV-nizi email adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: