- Kateqoriya: Maliyyə
- Şəhər: Bakı
- İş təcrübəsi: 1 ildən az
- Maaş: Müsahibə əsasında
- İş rejimi: Tam-ştat
- Elan ID: 16759
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 15.04.2026
- Elanın bitmə tarixi: 15.05.2026
Namizədə tələblər
- Borcların qaytarılması sahəsində təcrübə — gecikmə mərhələlərini bilmək (Soft, Hard, Collection, Legal), borclularla ünsiyyətin xüsusiyyətlərinə bələd olmaq, müvafiq sahə üzrə rəhbər vəzifələrdə azı 1 il iş təcrübəsi.
- Mühüm şərtlər: məhkumluğun və kreditlər üzrə məhkəmə qərarları/borcların olmaması.
- İnsanlarla idarəetmə bacarıqları — operatorları motivasiya etməyi, intizamı qorumağı və planların icrasına nəzarət etməyi bacarmaq.
- Geri qaytarma üzrə KPI bilikləri — Recovery Rate, RPC (Əlaqə yaradılmış əsas şəxs), PTD (Borc üzrə vəd), vəd nisbəti, planın icra faizi və s.
- Analitik düşüncə — hesabatlarla işləmə bacarığı (Excel, BI), hesabatlardan mənzərəni düzgün oxumaq və mümkün risklərin qarşısını öncədən alma bacarığı.
- Compliance (uyğunluq) anlayışı — komandaya qanun və daxili qaydalar çərçivəsində işləməyi izah edə bilmək, nəticəyə yönəlik komanda motivasiyasını təmin etmək.
- Rus dilini mükəmməl bilməsi vacibdir.
Şəxsi keyfiyyətlər:
- Lider — komandanı arxasınca apara bilən, eyni zamanda hörmət və nəzarəti saxlayan.
- Ünsiyyətcil — tapşırıqları həm rəhbərliyə (yuxarı), həm də operatorlara (aşağı) düzgün çatdıra bilən.
- Stressə davamlı — geri qaytarma işi daim müştərilərdən gələn neqativlə müşayiət olunur, həm özünü, həm də komandanı kontrol edə bilməlidir.
- Təşkilatçı — iş yükünü düzgün bölən, iş qrafikinə, növbələrə və fasilələrə nəzarət edən.
- Təlimçi/Mentor — yeni işçiləri öyrətməyi, zəif operatorları inkişaf etdirməyi bacaran.
İş haqqında məlumat
“KredAqro” BOKT MMC Problemli Kreditlər üzrə Qrup Rəhbəri vakansiyasına işçi axtarışı elan edir.
Vəzifə və öhdəliklər:
- Komandanın işinin təşkili: tapşırıqların verilməsi, zənglərə nəzarət, zəng siyahılarının bölüşdürülməsi, şablon və ya tapşırıq əsasında baza hesabatların hazırlanması, kampaniya zənglərinin kontrolu.
- KPI göstəricilərinə nəzarət: ödəniş planlarının icrası, ödənişə çevrilmə faizi, uğurlu əlaqə sayı.
- İşçilərin motivasiyası: zənglərin təhlili, təlimlər, kouçinq, mini-treninqlərin keçirilməsi.
- Digər şöbələrlə koordinasiya: hüquq, analitika, IT (CRM, dialer üzrə məsələlər).
- Rəhbərlik üçün hesabatların hazırlanması: gündəlik və həftəlik qrup nəticələrinin ümumiləşdirilməsi.
Biz təklif edirik:
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
- Rəqabətqabiliyyətli əməkhaqqı
- Peşəkar mütəxəssislərdən ibarət komandada iş imkanı
İş şəraiti:
- İş qrafiki: 2/2 növbəli sistem (09:00-21:00)
- Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə
- Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini (əmək haqqı gözləntisini qeyd etməklə) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Qrup Rəhbəri) qeyd etməklə göndərmələri xahiş olunur.
Oxşar vakansiyalar
Kredit Evi ASC
Audit mütəxəssisi
Maaş: Müsahibə əsasında
03.04.2026
Bakı
99
İnternational BOKT
Daxili nəzarət üzrə mütəxəssis
Maaş: 800 - 1000 AZN
02.04.2026
Bakı
101
Eurolux
Kassir
Maaş: 500 AZN
18.03.2026
Bakı
157
Adore
Xəzinədar
Maaş: Müsahibə əsasında
17.03.2026
Bakı
173
Resant Hotels
Mühasib (Shamakhi-Shirvan Grand Hotel)
Maaş: Müsahibə əsasında
14.04.2026
Şamaxı
37
Saat Store
Mühasib
Maaş: 700 AZN
01.04.2026
Bakı
88