logo

Problemli kreditlər üzrə mütəxəssis

  • Kateqoriya: Maliyyə
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: 400 AZN
  • Təhsil: Bakalavr
  • Yaş: 21 - 35
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 8916
  • E-poçt: hr@ferrumcapital.az
  • Elanın yerləşdirmə tarixi: 18.12.2024
  • Elanın bitmə tarixi: 17.01.2025
Namizədə tələblər
  • Ali təhsil;
  • 21- 35 yaş aralığı;
  • Problemli kreditlər üzrə 1 il iş təcrübəsi;
  • Tələbkar, obyektiv, məsuliyyətli, çevik olmalı;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Stress altında işləmək və çətin vəziyyətlərin həlli yollarının müəyyən etmək qabiliyyəti.
İş haqqında məlumat

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Problemli kreditlər üzrə mütəxəssis vakansiyasını elan edir.

 

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

 

 

Problemli kreditlər üzrə mütəxəssis nə iş görür?

  • Problemli kredit portfellərinə nəzarət etmək;
  • Hər bir gecikmə üzrə müştərilərlə ödənişlərini təmin etmək üçün mütəmadi əlaqə saxlamaq;
  • Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlər görmək;
  • Kredit ödənişlərinin həyata keçirilməsini təmin etmək;
  • Hesabatların hazırlanması və vəzifə öhdəliklərini dəqiqliklə, məsuliyyət ilə yerinə yetirmək;
  • Şirkətin rəhbərliyi tərəfindən tapşırılan digər vəzifə və öhdəlikləri həyata keçirmək.

 

Əlavə məlumat

  • Bazar ertəsi – Cümə: 09:00 – 18:00
  • Əmək haqqı: 400 AZN + Bonus
  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: