logo

Planlama üzrə mütəxəssis

  • Kateqoriya: İnzibati
  • Şəhər: Bakı
  • Ünvan: Binə
  • İş təcrübəsi: 5 ildən çox
  • Maaş: 2000 AZN
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Nahar: Bəli verilir
  • Elan ID: 7746
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 29.08.2024
  • Elanın bitmə tarixi: 28.09.2024
Namizədə tələblər
  • Ali təhsil (mühəndislik, iqtisadiyyat və biznesin idarə edilməsi )
  • Planlama layihələri üzrə biznes təhlilçi kimi 5+ illik təcrübə
  • Proqram bilikləri: MS Office, Power BI, SQL baza biliklər
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus və İngilis dilləri yaxşı (yazı və oxuma)
  • Əmək haqqı başlanğıc olaraq 2000 AZN

 

Tələblər və bacarıqlar:

  • Açılan tələblərin təhlil edilməsi;
  • Güclü analitik və problem həll etmə bacarıqları;
  • Tənqidi düşünmə və qərar qəbul etmə qabiliyyətləri;
  • Qarşı tərəfi düzgün şəkildə istiqamətləndirəcək dərəcədə ünsiyyət bacarığı;
  • Əməkdaşlıq və Komanda işi
  • Vaxtın idarə edilməsi və təşkilatçılıq bacarığı
  • Korporativ iş mədəniyyəti
İş haqqında məlumat
  • İstehsala  daxil olan ve  olmayan əməliyyat fəaliyyətləri (texniki, mexaniki, elektrik, tikinti) üzrə illik/dövri planları müvafiq bölmələrdən alır və şirkət səviyyəsində konsolidasiya edir.
  • Plana uyğun olaraq daxil olan satınalma tələblərini araşdırır, analiz edir və zəruri hallarda tələb açan tərəflə əlaqə saxlayaraq tələbin aydınlaşdırılmasını təmin edir.
  • Plan xaricində daxil olan satınalma tələblərini nəzərdən keçirir, səbəblərini sorğulayır və tələb sahibiylə əlaqə saxlayaraq tələbin aydınlaşdırılmasını təmin edir.
  • Şirkət səviyyəsində miqyas iqtisadiyyatının (economy of scale) tətbiq olunması üçün zəruri fəaliyyətləri həyata keçirir (tələbin konsolidasiya edilməsi, dövri tələblərin müəyyənləşdirilməsi və s.).
  • Əməliyyat Planlaşdırma rolu və məsuliyyətlərinin həyata keçirilməsi üçün müvafiq tərəfdaşlarla (Satınalma, Texniki, Anbar və s.) əlaqəli şəkildə işləməyi təmin edir.
  • Şirkətin əsas anbarında, alt anbarda və təchizatçı anbarlarında olan ehtiyatları izləyir; tələblərin vaxtında və tam şəkildə qarşılanması üçün resursların və logistika əməliyyatlarının səmərəli və effektiv idarə olunmasını təmin edir.
  • Əməliyyat fəaliyyətləri və əlaqədar proseslərdə təkmilləşdirmə nöqtələrinin müəyyənləşdirilməsi ilə bağlı analiz fəaliyyətlərini aparır. Müəyyən olunmuş ehtiyaclara əsasən inkişaf və/və ya təkmilləşdirmə işlərini müvafiq bölmələrlə koordinasiya edərək əlavə dəyər və məhsuldarlığın artırılmasını təmin edir.
  • Korporativ yaddaşın formalaşdırılmasına yönəlmiş mövcud sistem tətbiqlərinin effektiv şəkildə istifadə olunmasını təmin etmək üçün nəzarət və geri bildirim işlərini həyata keçirir.
  • Satınalma zamanı tələb olunan texniki şərtlərin tələbinə və ehtiyacına uyğun olaraq təmin edilməsi üçün müvafiq bölmələrlə koordinasiya şəklində işləyir.

 

İş barədə məlumat:

  • İş qrafiki: 08:00-17:00 ( beş günlük iş həftəsi);
  • Iş yeri Binə qəsəbəsində yerləşir;
  • Gediş-gəliş şirkət tərəfindən təmin edilir.
  • Nahar şirkət tərəfindən təmin edilir.

 

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu yerinə Planlama üzrə mütəxəssis qeyd edərək  [email protected]  elektron ünvanına göndərə bilərlər.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: