Q
- Kateqoriya: İnzibati
- Şəhər: Sumqayıt
- İş təcrübəsi: 3-5 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 15169
- E-poçt: hr@qstp.com.az
- Elanın yerləşdirmə tarixi: 21.10.2025
- Elanın bitmə tarixi: 20.11.2025
Namizədə tələblər
- Ali təhsil (mühəndislik, menecment, iqtisadiyyat və ya əlaqəli sahələrdə);
- Planlama sahəsində 3 il iş təcrübəsi (tekstil sahəsində təcrübə üstünlükdür);
- Rəhbər vəzifədə ən azı 2 il iş təcrübəsi;
- MS Excel proqramında yüksək səviyyədə biliklər; (1C proqramını bilməyi üstünlükdür);
- Yüksək riyazi biliklərə malik olmaq;
- Analitik düşüncə;
- Sistemli planlama;
- Vaxtın idarə edilməsi;
- Məsuliyyət;
- Təşkilatçılıq;
- Ünsiyyət bacarığı;
- Komanda qurma və idarəetmə bacarığı.
İş haqqında məlumat
- Şöbənin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək;
- Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət etmək, fəaliyyətlərinə daimi nəzarət etmək və onların xidməti fəaliyyətini qiymətləndirmək;
- Şöbəyə həvalə olunmuş vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə, qanunvericilik aktlarının və təşkilati-sərəncamverici sənədlərin vaxtında və lazımi səviyyədə icrasına nəzarət etmək;
- İstehsal və təchizat imkanlarını nəzərə alaraq illik, aylıq və həftəlik istehsal planlarını formalaşdırmaq və rəhbərliyə təqdim etdmək;
- Hər istehsal xətti üzrə yüklənmə balansını izləmək, resurslardan səmərəli istifadəni təmin etmək;
- Plan və fakt göstəriciləri arasında fərqləri analiz etmək, səbəbləri müəyyənləşdirmək və düzəldici tədbirlər təklif etmək;
- Müştəri sifarişlərini, istehsal gücünü, resurs mövcudluğunu və prioritetləri nəzərə alaraq istehsalat cədvəllərini tərtib etmək;
- Məhsul istehsalı üçün tələb olunan xammal, material və aksesuarların vaxtında təmin edilməsini planlamaq və icrasını təmin etmək;
- İstehsalatın hər mərhələsində planların düzgün icrasını təmin etmək və vaxtında düzəlişlər aparmaq;
- Gecikmələr, ehtiyat çatışmazlıqları və ya istehsal dayanması kimi riskləri qabaqcadan təhlil etmək və qarşısını almaq;
- İstehsalat, satış, təchizat və anbar ilə qarşılıqlı əlaqəni təmin etmək;
- Planlama sistemini inkişaf etdirmək və istehsal modulu üzrə ERP sisteminə keçid prosesində aktiv iştirak etmək;
- İstehsal gücü, resurs ehtiyacları və səmərəlilik üzrə aylıq hesabatları hazırlamaq
- Fəaliyyət istiqamətlərinə uyğun olaraq iş planı üzrə görülmüş işlər haqqında dövrlər üzrə statistik hesabatları hazırlamaq və üst rəhbərliyə təqdim etmək.
İş şəraiti:
- İş yeri: Sumqayıt şəhəri;
- İş qrafiki: 5 günlük;
- İş saatları: 08:30-17:30;
- Əməkhaqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında bildirələcək.
Müraciət qaydası:
Mövzu yerinə “Planlama şöbəsinin rəhbəri” qeyd edərək Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiyalar

Empire by Asthetik Lab
Младший специалист по обслуживанию клиентов
Maaş: Müsahibə əsasında
21.10.2025
Bakı
11

ATL Tech
Biznes proseslər üzrə baş mütəxəssis
Maaş: Müsahibə əsasında
21.10.2025
Bakı
18

SLB
Customer Engagement Coordinator
Maaş: Müsahibə əsasında
21.10.2025
Bakı
12

Azerbaijan Airlines
Layihə və Biznesin İnkişafı üzrə Kiçik Mütəxəssis
Maaş: Müsahibə əsasında
21.10.2025
Bakı
18

Facility Management Group
Satınalmalar üzrə mütəxəssis/aparıcı mütəxəssis
Maaş: Müsahibə əsasında
21.10.2025
Bakı
16

Azerbaijan SuperMarket
Pərakəndə əməliyyatlar üzrə mütəxəssis/ Retail Operations Specialist
Maaş: Müsahibə əsasında
21.10.2025
Bakı
11