logo

Planlama mütəxəssisi (Prefabrik dəmir-beton məmulatları üzrə)

  • Kateqoriya: Sənaye və kənd təsərrüfatı
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 16853
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 28.04.2026
  • Elanın bitmə tarixi: 28.05.2026

Namizədə tələblər

  • Ali təhsil (İnşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə) 
  • Minimum 2-3 il planlama və ya layihə idarəetməsi sahəsində iş təcrübəsi 
  • Prefabrik beton, tikinti və ya sənaye layihələrində təcrübə üstünlükdür 
  • MS Excel, Microsoft Project və ya digər planlama proqramlarında işləmək bacarığı 
  • Analitik düşüncə və problemlərin operativ həlli bacarığı 
  • Yaxşı səviyyədə hesabat hazırlama və təqdimat bacarığı 
  • Komanda ilə işləmə və koordinasiya qabiliyyəti
İş haqqında məlumat

Hazırda prefabrik dəmir-beton sənaye obyeklərinin tikintisi üzrə planlama mütəxəssi axtarırıq.

Planlama mütəxəssisi olaraq sizdən, layihə üzrə bütün mərhələlərin (istehsal, logistika və montaj)  effektiv iş qrafikini  planlaşdıraraq sinxron və vaxtında icranı təmin etməniz, qrafikləri hazırlayıb davamlı şəkildə analiz edərək gecikmələrin qarşısını almaqda və resursların optimal idarə olunmasında yaxından iştirak etməyiniz gözlənilir. Eyni zamanda, müxtəlif komandalarla koordinasiyanı təmin edərək layihənin icra vəziyyəti üzrə dəqiq və operativ hesabatlar hazırlamaq, gecikmələri əvvəlcədən müəyyən edib bərpa planları təklif edərək layihənin davamlı və optimallaşdırılmış şəkildə irəliləməsini təmin etmək iş öhdəlikləri içindədir.

 

Bununla yanaşı, siz Betonist komandasına qoşularaq, siz dinamik layihələrdə iştirak,  peşəkar mühəndis komandasında davamlı inkişaf imkanları və güclü karyera yüksəlişi perspektivi əldə etmiş olacaqsınız.

 

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Tam ştat
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur

 

Əsas vəzifə öhdəlikləri:

  • Layihə üzrə ümumi iş proqramının (master schedule) hazırlanması və təsdiq təqdim edilməsi 
  • Prefabrik beton məmulatlarının istehsalı, daşınması və montaj mərhələlərinin planlaşdırılması və koordinasiyası 
  • Sahədən daxil olan məlumatlar əsasında layihənin icra vəziyyətinin gündəlik analiz edilməsi 
  • Sahə komandalarından (usta, mühəndis, rəhbər heyət) alınan məlumatlar əsasında gündəlik hesabatların hazırlanması 
  • Layihə qrafiklərinin hazırlanması, yenilənməsi və izlənməsi (baseline vs actual müqayisəsi) 
  • Layihə üzrə gecikmələrin analiz edilməsi və bərpa planlarının hazırlanması (recovery plan) 
  • İstehsal, logistika və sahə komandaları ilə koordinasiyanın təmin edilməsi 
  • Material istehsalı və çatdırılması üzrə planların hazırlanması və izlənməsi 
  • Resursların (işçi qüvvəsi, texnika, material) istifadəsinin planlaşdırılması və optimallaşdırılması.
  • Həftəlik və aylıq progress report və analitik hesabatların hazırlanması 
  • Layihə üzrə S-curve, gecikmə analizləri və KPI göstəricilərinin hazırlanması 
  • Podratçı və subpodratçıların təqdim etdiyi məlumatların təhlili və planlara uyğunluğunun yoxlanılması 
  • Layihə dəyişikliklərinin (change order) ümumi qrafikə təsirinin qiymətləndirilməsi 
  • Bütün planlama proseslərinin Microsoft Project, Primavera və ya Excel üzərindən idarə olunması 
  • Rəhbərlik üçün operativ qərarverməni dəstəkləyən analitik məlumatların hazırlanması 
  • Layihə sənədlərinin, qrafiklərin və hesabatların elektron qaydada sistemli arxivləşdirilməsi 
  • Müxtəlif şöbələrlə (istehsal, satınalma, logistika və s.) mütəmadi koordinasiya iclaslarının təşkili və idarə olunması

 

Biz sizə təklif edirik:

  • Yüksək ixtisaslı mühəndis komandasında işləmək imkanı.
  • Davamlı peşəkar inkişaf və təlim dəstəyi.
  • Müxtəlif tipli layihələrdə (sənaye, ticarət və s.) iştirak imkanı.
  • Rəqabətli əmək haqqı.
  • Rahat və təhlükəsiz iş şəraiti.
  • Karyera yüksəlişi perspektivi.

 

CV-nizi və əgər varsa portfolionuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Planlama mütəxəssisi” başlığı ilə göndərməyinizi xahiş edirik. Yalnız ilkin seçim mərhələsindən keçmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: