logo

Özünə hədiyyə sifarişi üzrə menecer

  • Kateqoriya: İnzibati
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1 ildən az
  • Maaş: 3000 AZN
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 7137
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 01.07.2024
  • Elanın bitmə tarixi: 31.07.2024
Namizədə tələblər
  • Özünü sevindirmək bacarığı.
  • Əyləncəli həyat mövqeyi.
  • Ən həvəssiz anlarda belə hədiyyə sifariş etmək arzusu.
  • Müxtəlif kateqoriyalardan hədiyyələr seçmək üçün yüksək zövq və dünyagörüşü.
  • İş təcrübəsi tələb olunmur.
  • Azərbaycanın istənilən bölgəsindən namizədlərə baxılacaq.
  • Sosial mediada aktiv hesab.
  • İzləyicilərlə ünsiyyət qurmaq bacarığı.
İş haqqında məlumat

“Umico Market” Özünə hədiyyə sifarişi üzrə menecer vakansiyasını elan edir! Hədiyyələr isə özünüz üçündür! 

Bəli, bu bir zarafat deyil. Təcili olaraq ay ərzində özünə “Umico Market”dən bir-birindən maraqlı hədiyyələr sifariş etməyə hazır olan işçi axtarırıq. İdeal hədiyyə hansıdır? Smartfon, sevimli ətir və ya yeni tava? Biz onları sizə tamamilə pulsuz çatdıracağıq. Təbii ki, əməkhaqqı da alacaqsınız. 

 

Öhdəliklər: 

  • “Umico Market”də 500.000 məhsul arasından çətin və maraqlı seçimlər etmək. Kuryerlərimiz sifarişlərinizi evinizə, ofisinizə və hətta isti yay günlərini nəzərə alaraq çimərliyə çatdıracaq. 
  • Həyəcan və səbrsizliklə çatdırılmanın gözlənilməsi. 
  • Hədiyyəni əldə etməkdən və onun istifadəsindən zövq almaq. 
  • Hədiyyə ilə bağlı təəssüratları bölüşmək. 
  • Bunları 30 gün təkrarlamaq! Düşünürük ki, bu heç də sıxıcı deyil.

 

İş mühiti: 

  • Çevik iş qrafiki.
  • Rəqabətli əmək haqqı.
  • Gecikmə olmadan ödəniş.
  • Məsafədən işləmək imkanı.
  • Əlavə iş imkanı.
  • Perspektivli şirkətdə işləmək imkanı.    
  • Əmək haqqı: 3000 azn net
  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: