logo

Oyal Məhsulları üzrə Dizayner

  • Kateqoriya: Dizayn
  • Şəhər: Bakı
  • Ünvan: Ulduz m/st yaxınlığı
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 16990
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 02.06.2026
  • Elanın bitmə tarixi: 02.07.2026

Namizədə tələblər

  • Dizayn, Qrafika və ya müvafiq sahə üzrə ali təhsil;
  • Qablaşdırma və ya qrafik dizayn sahəsində minimum 3-5 il iş təcrübəsi;
  • CorelDRAW, Adobe Photoshop və Adobe InDesign proqramlarını yüksək səviyyədə bilmək;
  • Brendinq və vizual identika prinsipləri üzrə biliklər;
  • Çap texnologiyaları və materiallarla işləmək bacarığı;
  • Dizayn layihələrinin planlaşdırılması və idarə edilməsi bacarığı;
  • Kreativ düşüncə, məsuliyyətlilik və detallara diqqət.
İş haqqında məlumat
  • Oyal məhsulları üçün qutu, paket və etiket dizaynlarının hazırlanması;
  • Brend strategiyasına uyğun kreativ və funksional qablaşdırma konseptlərinin yaradılması;
  • Çap üçün faylların texniki tələblərə uyğun hazırlanması və keyfiyyətinə nəzarət;
  • Mövcud qablaşdırma və etiket dizaynlarının yenilənməsi, optimallaşdırılması və brend standartlarına uyğunlaşdırılması;
  • Yeni məhsullar üçün kreativ vizual həllərin və konseptlərin hazırlanması;
  • Çap və istehsal prosesində dizaynların düzgün tətbiqinə nəzarət.

 

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Ulduz m/st yaxınlığı;
  • İş qrafiki: 5 günlük (09:00 – 18:00).

 

Təklif edirik:

  • Real layihələr üzərində işləmək imkanı;
  • Yaradıcılığın dəstəkləndiyi peşəkar iş mühiti;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • Təcrübə və biliklərə uyğun rəqabətli əmək haqqı.

 

Maraqlanan namizədlərdən CV və portfolio-larını mövzu hissəsində “Oyal Məhsulları üzrə Dizayner” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

 

Yaradıcılığınızı məhsulların vizual kimliyinə çevirmək istəyirsinizsə, komandamıza qoşulun!

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: