
- Kateqoriya: Xidmət
- Şəhər: Bakı
- Ünvan: “Le Pain Quotidien” Restoranı (Sea Breeze)
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Orta təhsil
- İş rejimi: Tam-ştat
- Nahar: Bəli verilir
- Elan ID: 13102
- E-poçt: recruitment@fbco.az
- Elanın yerləşdirmə tarixi: 05.05.2025
- Elanın bitmə tarixi: 04.06.2025
Namizədə tələblər
Peşəkar Bacarıqlar və Kompetensiyalar:
- Əsas gigiyena qaydaları üzrə biliklər
- Yüksək ünsiyyət bacarığı və müştəriyönümlü yanaşma
- Stresə davamlılıq və motivasiya
- Dəqiqlik və məsuliyyətlilik
Tələblər:
- Orta təhsil
- Əlaqəli sahədə minimum 1 il iş təcrübəsi
- Rus dili biliyi (arzuolunandır)
İş haqqında məlumat
İş Yeri: “Le Pain Quotidien” Restoranı (Sea Breeze)
İş yeri haqqında məlumat:
Le Pain Quotidien — Fransız mətbəxindən ilhamlanan, Belçika mənşəli gündəlik təbii ləzzətləri, səmimi xidmət və Avropa mətbəxi ruhunu birləşdirən beynəlxalq restoran brendidir. Sadəlik, orijinallıq, təbii məhsullar və rahat mühit brendin əsasını təşkil edir. Burada qonaqlar təbii inqrediyentlərlə hazırlanan sağlam yeməklər, təzə bişmiş çörək və dostcasına atmosferlə qarşılaşırlar.
Vəzifənin Qısa Təsviri:
Le Pain Quotidien-də ofisiantlar qonaqlara yüksək xidmət göstərmək, onların ehtiyaclarını vaxtında təmin etmək və restoranın səmərəli işləməsinə töhfə vermək üçün məsuliyyət daşıyırlar. Onlar menyunu təqdim edir, sifarişləri qəbul edir, yemək və içkiləri təqdim edir, piştaxta və masaların təmizliyinə nəzarət edirlər. Komandanın ön cəbhəsində yer alaraq, ehtiyac olduqda mətbəxə dəstək göstərirlər.
Vəzifə və Öhdəliklər:
- Qonaqları salamlamaq, qarşılayıb yerləşdirmək və menyu təqdim etmək.
- Sifarişləri qəbul etmək və vaxtında düzgün şəkildə təqdim etmək.
- Masaların təmizliyi və səliqəsinə nəzarət etmək.
- Müştərinin ödənişini kassada həyata keçirmək və yola salmaq.
- Komanda yoldaşları ilə birgə işləyərək yüksək xidmət keyfiyyəti təmin etmək.
- Piştaxtanı səliqəli və məhsullarla dolu saxlamaq, vitrin düzülüşünə nəzarət etmək.
- Pozitiv münasibət nümayiş etdirmək və komandada ruh yüksəkliyi yaratmaq.
- “Gizli Müştəri” standartlarına uyğun xidmət göstərmək.
- Növbə üzrə restoranın açılış və bağlanış proseslərində iştirak etmək.
Əmək Şəraiti:
- Əmək haqqı: 670 AZN (Gross) + satışa əsasən bonus (faiz) + bəxşiş
- İş rejimi: Növbəli iş qrafiki (dəyişən növbələr əsasında)
Əlavə imkanlar:
- Rəsmi əmək müqaviləsi
- Nahar ilə təmin olunma
- Nəqliyyat xərcinin qarşılanması
- Peşəkar inkişaf və karyera yüksəlişi üçün təlim imkanları
- Müasir və rahat iş mühiti
Müraciət qaydası:
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Ofisiant” qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar

Fairmont Baku
Ofisiant
Maaş: Müsahibə əsasında
29.05.2025
Bakı
22
Z
Zivar Organic
Ofisiant
Maaş: Müsahibə əsasında
27.05.2025
Bakı
36

Sinteks Group of Companies
Ofisiant
Maaş: Müsahibə əsasında
15.05.2025
Bakı
83

Paulaner Brauhaus Baku
Ofisiant köməkçisi
Maaş: Müsahibə əsasında
15.05.2025
Bakı
48

Saffron Group
Ofisiant
Maaş: Müsahibə əsasında
12.05.2025
Bakı
59

AzFit
Ofisiant
Maaş: Müsahibə əsasında
08.05.2025
Bakı
83