
- Kateqoriya: İnzibati
- Şəhər: Bakı
- Ünvan: Xəzər rayonu, Binə ŞTQ Vaqif Mirzəyev
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Sığorta: Bəli olunur
- Namizəd: Xanım
- Elan ID: 12862
- E-poçt: Hr@caspianservices.az
- Elanın yerləşdirmə tarixi: 23.04.2025
- Elanın bitmə tarixi: 23.05.2025
Namizədə tələblər
- Xanım namizədlərə üstünlük veriləcəkdir;
- Ali təhsil;
- Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə və rus dilini orta səviyyədə bilməlidir;
- Sosial media və ya əlaqəli sahələrdə 1 ildən az olmayan iş təcrübəsi;
- Mətnlərin yazılması və vizual kontent-marketinq üzrə əla səviyyədə bacarıq;
- Sosial şəbəkələrdə hədəfli reklamlar verməyi bacarmaq;
- Google Analytics və Facebook Insights kimi analitik alətləri bilmək;
- Qrafik dizayn və məzmun yaradılması alətlərindən istifadə edilməsi (Canva, Adobe Creative Suite);
- Kompyuter bacarıqları: Microsoft Office, Online prosedurları həyata keçirmə bacarığı;
- E-poçtla işləmək;
- İşgüzar yazışmalar;
- Məsuliyyətli və nəzakətli, yüksək təşkilatçılıq və kommunikasiya bacarıqlarına malik, liderlik keyfiyyətləri olan, problemlərin həllində çevik yanaşma qabiliyyətinə sahib;
- Ofis avadanlıqlarından sərbəst şəkildə istifadə etmək bacarığı;
- Geyim qaydalarına və geyim formasına riayət etmək;
- Tək və komandada işləmə bacarığı olmalıdır;
- Əmək intizamının yüksək olması;
- Təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi.
İş haqqında məlumat
- Ziyarətçilərin qarşılanması, onlara köməklik göstərilməsi və aidiyyəti üzrə yönləndirilməsi;
- Telefon zənglərinin müvafiq qaydada qəbul edilməsi, yönləndirilməsi, tələb olunduqda qeydlərin aparılması və aidiyyəti şəxslərə çatdırılması;
- Karğüzarlıq işlərinin təşkil edilməsi;
- Printer, skaner, fax və digər ofis avadanlıqlarını sərbəst şəkildə istifadə etmək bacarığı və onlara mütəmadi nəzarət edilməsi;
- Kommunal xidməti işlərinin (elektrik, qaz, su, kanalizasiyavə s.) idarə edilməsi;
- Görüşlərin təşkil edilməsi;
- Bilet və otel sifarişləri;
- Viza üçün sənədlərin hazırlanması;
- Ofisdaxili təmizlik və səliqəyə nəzarət;
- Sosial şəbəkələrdə (Facebook, Instagram) şirkətin irəliləmə strategiyasını işləyib hazırlamaq və realizasiya etmək;
- Mətn, təsvir və video da daxil olmaqla cəlbedici kontentin yaradılması və nəşr edilməsi;
- Auditoriya ilə qarşılıqlı fəaliyyət, rəy və komentariyaların idarə edilməsi;
- Sosial media sahəsində trendlərin monitorinqi və dəyişikliklərə uyğun olaraq strategiyanın adaptasiya edilməsi;
- Reklam kampaniyalarının keçirilməsi və onların səmərəliyinin təhlil edilməsi;
- Sosial şəbəkələr üçün video-çarxların çəkilişi;
- Rəhbərlik tərəfindən verilən tapşırığın tam və vaxtında yerinə yetirilməsi;
- Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
- Bütün problemlər, çatışmazlıqlar və pozuntular haqqında rəhbərliyə məlumat verməli;
- Həftəlik, aylıq, rüblük və illik icra hesabatlarının hazırlanmasını və təqdim edilməsini təmin etmək;
- Vəzifəsinin icrası ilə əlaqədar digər öhdəlikləri yerinə yetirməlidir;
- Əməyin mühafizəsi və yanğından mühafizə normaları, texniki təhlükəsizlik, əmək və nizam-intizam qaydalarına riayət etməlidir.
Qeyd:
- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-yə yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
- Göstərilən tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində Ofis administratoru/SMM üzrə mütəxəssis göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır;
- Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq;
- Xahiş olunur, “Caspian Services Group” MMC-nin saytında olan nömrələrə zəng vurmayasınız. Aidiyyəti üzrə qeyd olunan email ünvanına müraciət edəsiniz.
İş şərtləri:
- Stabil iş;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Əmək haqqı: Namizədin bilik və bacarıqları nəzərə alınmaqla müsahibə zamanı müəyyənləşdiriləcək;
- İş saatı 1-5-ci günlər 08:30-dan 17:30-a kimidir;
- İstirahət: Şənbə, Bazar günü;
- Korporativ nömrə və danışıq limiti ilə təmin olunma;
- İcbari sığorta;
- Rahat və komfortlu iş şəraiti;
- Karyera inkişafı üçün perspektivli imkanlar;
- Mehriban və peşəkar kollektivdə çalışma mühiti;
- İş rejimi: Tam;
- İşə başlama tarixi: Mümkün qədər tez;
- Müsahibə yeri: 1045 Bakı şəhəri, Xəzər rayonu, Binə ŞTQ Vaqif Mirzəyev (Ofis çox əlverişli yerdə - yol kənarında yerləşir / “Koroğlu” metrosundan ofisimizə cəmi 15 dəqiqəlik yoldur. Təxminən Aviasiya Akademiyasına çatmamış);
- Xəritədə yeri: Ətraflı bu keçiddə CSG-Binə.
Oxşar vakansiyalar
M
Mövenpick Hotel Winter Park Baku
Outlet Manager
Maaş: Müsahibə əsasında
08.05.2025
Bakı
16

Intermak Group
Sənədləşmə üzrə Menecer
Maaş: Müsahibə əsasında
08.05.2025
Bakı
26

Intermak Group
Tender İşləri üzrə Menecer
Maaş: Müsahibə əsasında
08.05.2025
Bakı
24

Avrora
Sənəd Nəzarətçisi
Maaş: Müsahibə əsasında
08.05.2025
Bakı
32

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
İnnovasiya layihələrinin idarəedilməsi üzrə aparıcı mütəxəssis
Maaş: Müsahibə əsasında
08.05.2025
Bakı
15

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Analitika və risklərin idarəolunması şöbəsinin baş/aparıcı məsləhətçisi
Maaş: Müsahibə əsasında
08.05.2025
Bakı
19