
- Kateqoriya: Sənaye və kənd təsərrüfatı
- Şəhər: Bakı
- Ünvan: Azerfloat QSC/ Kimya Sənaye Parkı
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Peşə təhsili
- İş rejimi: Növbəli
- Nahar: Bəli verilir
- Sığorta: Bəli olunur
- Elan ID: 10860
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 25.02.2025
- Elanın bitmə tarixi: 27.03.2025
Namizədə tələblər
- Müvafiq sahə üzrə ali və ya peşə təhsili;
- Müvafiq sahə üzrə minimum 1-2 il iş təcrübəsi;
- Müstəqil şəkildə və komanda ilə işləmək bacarığı;
- Problem həll etmə bacarığı;
- Texniki məsələlərdə çevik qərar qəbul etmək bacarığı.
İş haqqında məlumat
- Elektrik avadanlıqlarının TİQ və TTQ-na uyğun istismar edilməsi, onların fasiləsiz və dayanıqlı işinin təmin edilməsi;
- Operativ əməliyyatların aparılması;
- Əməliyyatların təmirə çıxarılması;
- Qəza hallarının ləğv edilməsi;
- Elektrik ölçmə avadanlıqları vasitəsilə elektrik parametrlərinin ölçülməsi;
- Növbə ərzində elektrik avadanlıqları,cihazları və aparatlarının düzgün işləməsinin təmin edilməsi və onların işində olan nasazlıqların aşkar edilməsi, aradan qaldırılması üçün tədbirlərin görülməsi;
- Öncədən planlanmış qrafikə uyğun olaraq elektrik avadanlıqlarında profilaktik təmir işlərinin görülməsi.
İş şəraiti:
- Növbəli iş qrafiki;
- Nahar;
- Könüllü tibbi sığorta;
- Servis;
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
Azerfloat komandası olaraq biz sizə vəd edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
- Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı.
İş yeri: Azerfloat QSC/ Kimya Sənaye Parkı