logo

Nağd yığımlar üzrə mütəxəssis/hüquqşünas

  • Kateqoriya: Hüquq
  • Şəhər: Bakı
  • Ünvan: Nəsimi rayonu, 4 mkr., Mir Cəlal küç.36 D
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: 700 - 1000 AZN
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 11159

Namizədə tələblər

  • Ali təhsil (hüquq təhsili və ya icra şöbəsində 1 ildən artıq iş təcrübəsi)
  • Müvafiq iş sahəsində 2-3 il iş təcrübəsi olmalı və məhkəmə qərarlarının icrası sahəsində və ya icra şöbələrində 1 il iş təcrübəsi olmalı
  • Azərbaycan Respublikası İcra haqqında qanunu bilməli
  • Ofis proqramlarında işləmə bacarığı (Word, Excel və.s)
  • Kollektivdə işləmə qabiliyyəti olmalı
  • Şirkətdaxili nizam-intizam qaydalarına riayət etməli
  • Rayonlar üzrə ezamiyyələrə getməyə hazır olmalı
  • Azərbaycan dilində səlis danışıq bacarığı (rus dili arzuolunandır)
İş haqqında məlumat

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə “Boa Agency” komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.

 

Vəzifə öhdəlikləri:

  • Problemli borclar üzrə yığımın təşkili və yığım prosesinin davamlılığının təmin edilməsi
  • Məhkəmə qərarlarının icra edilməsinə nəzarət və dəstəyin verilməsi
  • İcra mərhələsində ərizələrin aidiyyəti üzrə təqdim edilməsi və müraciətin icra edilməsinin təmin edilməsi
  • Qərarların icrasının təmin edilməsi üzrə işlər görülməsi, icra məmurları ilə mütəmadi olaraq əlaqə saxlanılması, icraatda olan işlərin cari vəziyyəti ilə əlaqədar məlumatların alınması, icra hərəkətlərinin aparılmasının təmin edilməsi
  • Borclulara qarşı ödəniş məqsədi ilə məcburi icra tədbirlərinin görülməsinin təmin edilməsi, borcluların əmək haqqına yönəldilməsi, borclularla ödənişin təmin edilməsi üçün müvafiq danışıqların aparılması
  • İcra işləri şöbəsinin rəhbəri tərəfindən həmçinin PKİD (problemli kreditlərin idarə edilməsi departamentinin) rəhbəri tərəfindən tapşırılmış vəzifələrin yerinə yetirilməsi həmçinin qoyulmuş hədəflərə çatmaq, təşkilatın qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq.

 

İş şəraiti:

  • Əmək haqqı: 700-1000 azn (+bonus sistemi)
  • İş qrafiki: həftə içi 5 gün, 09:00-18:00 (Bazar ertəsi - Cümə)
  • Şənbə və bazar istirahət
  • Nahar fasiləsi: 13:00–14:00

 

Sizə nə təklif edirik?

  • Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə
  • Rahat ofis və əlverişli iş mühitində çalışma imkanı
  • Əmək haqqına mükafat və əlavə bonuslar
  • Korporativ nömrəylə təmin edilmə
  • Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət
  • Karyera və inkişaf perspektivləri

 

Maraqlanan şəxslər öz CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: