
- Kateqoriya: Satış
- Şəhər: Bakı
- Ünvan: Azure Biznes Mərkəzi
- İş təcrübəsi: 1 ildən az
- Maaş: 600 AZN
- İş rejimi: Tam-ştat
- Elan ID: 14662
- E-poçt: hr@prime-accessories.com
- Elanın yerləşdirmə tarixi: 01.09.2025
- Elanın bitmə tarixi: 01.10.2025
Namizədə tələblər
- Komandada işləmə bacarığı;
- Təşəbbüskar;
- Ofis proqramları, xüsusilə Excel bilikləri;
- Sosial şəbəkə istifadəçisi;
- Orfoqrafik və qrammatik yazı normalarını mükəmməl bilmək və tətbiq etmək;
- Səlis nitqə sahib olmaq;
- Rus dili səlis.
İş haqqında məlumat
25 ildən artıq fəaliyyət göstərən şirkətimizin daha da böyüməsi, karyera yüksəlişləri və yeni komanda yoldaşlarına ehtiyac yaranması səbəbilə CRM şöbəmizə yeni komanda üzvü axtarışındayıq, bizimlə birgə sizlər də dəyər yaratmaq istəyirsinizsə vakansiyaya müraciət edərək siz də Prime ailəsinin bir üzvü ola bilərsiniz!
Prime Accessories – yeniliklərə açıq və karyera inkişafını əsas tutan innovativ, dinamik bir şirkətdir.
Hansı işləri görəcəksiniz:
- Müştəri kateqoriyalarının yaradılması, onlara uyğun olaraq bonus, kampaniya və xüsusi şərtlərin təklif edilməsi;
- Müştərilərin ad günlərində zənglərin edilməsi, kampaniya və endirim barəsində məlumat verilməsi;
- Müştəri məmnuniyyətinin ölçülməsi, statistik məlumat bazasının toplanılması, onların təhlili və seqmentasiyası istiqamətində mütəmadi işlərin aparılması;
- Müxtəlif parametrlər üzrə müştəri bazasının təhlili və seqmentasiyası;
- Instagram, Facebook və WhatsApp sosial şəbəkəsi üzrə ismarıc və direktlərin cavablandırılması.
Biz sizə nələr təklif edirik:
- 5 günlük iş rejimi;
- Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
- Şirkət daxili təlim və inkişaf imkanları;
- Karyera yüksəlişi imkanı;
- Mehriban və gənc komanda yoldaşları;
- Əmək haqqı: 600 Azn net;
- Ünvan: Azure Biznes Mərkəzi.
Bizim komandaya necə qoşula bilərsiniz:
Əgər siz də öz potensialınıza güvənir, karyera qurub inkişaf etmək istəyirsinizsə və axtardığımız namizəd məhz sizsiniz deyirsizsə sizlə tanış ola bilməyimiz üçün öz CV-lərinizi “Müştərilərlə əlaqələr üzrə mütəxəssis” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərə bilərsiniz.
Oxşar vakansiyalar

Veysəloğlu-Rossmann
Senior Buyer (International Procurement – Commercial Goods)
Maaş: Müsahibə əsasında
11.09.2025
Bakı
31

Sophie Couture
Специалист по работе с клиентскими отзывами и отношениями
Maaş: Müsahibə əsasında
03.09.2025
Bakı
41

Systemair AZ
Sales Engineer
Maaş: Müsahibə əsasında
18.08.2025
Bakı
59

OMİD Mağazalar Şəbəkəsi
Satış məsləhətçisi
Maaş: 500 - 700 AZN
11.09.2025
Bakı
45

Grand Motors Company
Satıcı (Bərdə filialı)
Maaş: 637 AZN
10.09.2025
Bərdə
23
F
Figensoft Azərbaycan
Korporativ satış üzrə mütəxəssis
Maaş: Müsahibə əsasında
09.09.2025
Bakı
33