logo

Mühasibatlıq üzrə təlimçi

  • Kateqoriya: Təhsil və elm
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 10195
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 06.02.2025
  • Elanın bitmə tarixi: 08.03.2025

Namizədə tələblər

  • Təlimçi kimi ən azı 3 il iş təcrübəsi olmalı;
  • Tələbələrə fərdi və qrup şəklində dərslərin tədrisi;
  • Təlim mövzularının müəyyənləşdirilməsi;
  • Təlim mövzuları üzrə təlim materiallarının hazırlanması;
  • Kompüterdə sərbəst işləmə bacarığı olmalı;
  • 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı üstünlikdir;
  • Dərs planını proqramlaşdırmaq və dərslərin proqram üzrə təşkilini təmin etmək;
  • Mütəmadi olaraq tələbələrin müvəffəqiyyət səviyyələrini qiymətləndirmək;
  • Təlim iştirakçıları barədə mütəmadi hesabatlar təqdim etmək;
  • Analitik düşüncəyə malik olması, fikrini izah etmək qabiliyyəti, ünsiyyət yaratmaq , fəal və işə planlı yanaşma bacarığı olması vacibdir.
İş haqqında məlumat

Baku Accountants Associates MMC olaraq  Akademiyamızda Mühasibatlıq sahəsində təcrübəli təlimçiləri  əməkdaşlığa dəvət edirik.

 

Nələri bilməlidir:

Ümumi işlər

  • Yenilənmiş New.e-taxes.gov.az işləmək
  • www.e-taxes.gov.az-portalı ilə tanışlıq;
  • E-qaimə sistemində işləmək;
  • Müqavilələrin, Hesab fakturaların, Qiymət razılaşma protokollarının, Təhvil-təslim aktlarının hazırlanması; 
  • Fəaliyyət kodların əldə olunması.
  • Mal və xidmət kodlarının əldə olunması.
  • Vergi sisteminə daxil olan məktubların oxunub analiz olunması və cavablandırılması.
  • Bütün növ qaimə formalarının (təqdim etmə qaimələri, dəqiqləşdirilmiş (qiymət artımı və azalması qaimələri) qaimələr, geri qaytarma qaimələri və s.) hazırlanıb göndərilməsi.
  • EFP proqramı vasitəsi ilə elektron qaimə tərtibatı.
  • Dövlət və özəl sektorlar üzrə əmək haqqlarının hesablanması, əmək haqqlarından hansı növ  tutulmaların olmasının müəyyənləşdirilməsi;
  • E-Bəyannamə sisteminin bütün bölmələri haqqında ümümi məlumat.
  • Şəxsi Hesab Vərəqəsindəki məlumatların düzgün formada analiz edilməsi.
  • mallar və xidmətlər təhvil verildikdən sonra elektron qaimə sisteminə işlənməsi;
  • Bank sistemi ilə tanışlıq; 
  • İnternet banking üzrə əməliyyatlar(bank daxili, ölkədaxili, ölkə xarici, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, Dövlət büdcəsinə ödəniş və ödənişlərin kütləvi yığılması);
  • E Custom gov.az vergi sistemində gömrük kodunun alınması.
  • Biznes kartların sifarişi;
  • Əmək haqqı kartlarının sifarişi;
  • E-bəyamnamə portalında işlərin görülməsi, Şəxsi hesab vərəqəsinin oxunması;
  • Mövcud ərizə formaları haqqında ətraflı məlumat.
  • Fiziki və Hüquqi şəxslərin dövlət qeydiyyatına alınması;
  • Təsərrüfat obyektinin (subyektinin) qeydiyyata alınması; ( Təsərrüfat obyektinin qeydiyyatdan çıxarılması, dayandarılması və s ərizə formaların hazırlanıb göndərilməsi )
  • Asan imza sertifikatlarının əldə edilməsi üzrə müraciətlər;
  • Debitor/Kreditor excel cədvəllərin hazırlanması və əməliyyatlar aparılması;
  • İkiqat vergitutmanın aradan qaldırılması üçün DTA ərizə formaların hazırlanması.

 

Hesabatlar

  • Bəyannamə Tərtibatı Proqramı (BTP)-nın kompüterlərinizə yazılması;
  • Cari vergi ödəmələrinin hesablanması haqqında Arayışların təqdim olunması;
  • DSMF hesabatlarının hazırlanması;
  • Statistika hesabatlarının (aylıq, rüblük, illik) hazırlanması;
  • Sadələşdirilmiş bəyannamənin hazırlanması;
  • ÖMV bəyannaməsinin hazırlanması; (icarə, dividend,xaricə ödənişlər və s )
  • ƏDV bəyannaməsinin hazırlanması (müvafiq müxabirləşmələr ilə ƏDV mövzusunun izahı və real şirkətlərin məlumatlarına əsasən ƏDV bəyannaməsinin tərtibi).

 

Kadr uçotu

  • Müəssisənin kadr uçotunun qurulması və aparılması;
  • Əmək haqqı və tabel cədvəllərinin hazırlanması;
  • Əmək və Məşğulluq Altsistemində (ƏMAS) görülən əməliyyatlar:
  • İşəgötürən qismində səlahiyyətli şəxsin qeydiyyatı;
  • Bank hesabının əlavə edilməsi;
  • Müəssisənin strukturunun yaradılması;
  • Ştatların yaradılması;
  • Ştatın vakansiya bankına göndərilməsi;
  • İşçinin işə götürülməsi;
  • İşçinin əmək müqaviləsinin bildirişinin yaradılması
  • Əmək müqavilələrinə dəyişikliklərin edilməsi;
  • İşçinin əmək müqaviləsinə xitam verilməsi.
  • Əmək kitabçalarının açılması və qeydiyyatının aparılması;
  • Əmək müqavilələrinin hazırlanması;
  • İşə qəbul əmr və ərizələrinin hazırlanması;
  • Tam maddi məsuliyyət, konfidensiallıq və iltizam sənədlərinin hazırlanması;
  • Əmək müqavilələrinə dəyişiklik əmr və əlavələrinin hazırlanması;
  • Məzuniyyət hüququnun həyata keçirilməsinin tənzimlənməsi;
  • Müəssisə üçün əmrlərin reyestr məlumatlarının qurulması;
  • Ezamiyyə sənədinin hazırlanması
  • Xəstəlik vərəqələrinin yazılması və ona uyğun hesabatların aparılması;
  • Xitam əmr və ərizələrinin hazırlanması;
  • Son haqq hesabların hesablanması;
  • Müəssisənin və işçilərin İcbari Sığorta Bürosunda (İSB) qeydiyyatdan keçirilməsi
  • 1C 8.3
  • Bank əməliyyatlarının (müştəridən daxil olan ödənişlər, təchizatçılara ödənişlər, gömrük, vergi, DSMF ödənişləri, konvertasiya ödənişləri, bizneskart ilə bağlı ödənişlər və ödənişlər ilə bağlı digər əməliyyatların proqramda qeydiyyatı) proqramda qeydiyyatı; 
  • Alış və satış əməliyyatlarının (təchizatçılardan alış və təchizatçılara geri qaytarma qaimələri, müştərilərə satış və müştərilərdən geri qaytarma qaimələri, vergi öhdəliklərindən asılı olaraq müxtəlif növ ƏDV-li , ƏDV-dən azad və ƏDV-yə 0 dərəcə ilə cəlb olunan alış və satış əməliyyatlarının proqramda qeydiyyatı) proqramda qeydiyyatı; 
  • Gömrük əməliyyatlarının (idxal və ixrac əməliyyatları ilə bağlı bütün prosedurlar və bu prosedurlar zamanı öhdəliklərin hesablanması və öhdəliklərin ödənişlərinin proqramda qeydiyyatı) proqramda qeydiyyatı; 
  • Kadr uçotunun (işə qəbul, işdən azad olma, tabel uçotunun qeydiyyatı) və əmək haqqı (əmək haqqı, mükafat və məzuniyyət hesablamalarının proqramda qeydiyyatı) hesablanmasının proqramda qeydiyyatı;
  • Mühasibat uçotu ilə bağlı digər müxtəlif əməliyyatların proqram təminatında uçotu.

 

Qeyd edək ki, dil biliyi (rus və ingilis) arzu olunandır, Ana dilini mükəmməl bilməlidir.

 

Təlim qrafiki: Dərslər həftə içi və şənbə günləri  SƏHƏR/GÜNORTA/AXŞAM  saatları üçün təyin olunur.

 

Xidmət haqqı: Razılaşma yolu ilə.

 

Elanı diqqətlə oxuyub yazılan kriteriyalara əsasən CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: