logo

Mühasibatlıq Departamentinin direktoru / Baş mühasib

  • Kateqoriya: Maliyyə
  • Şəhər: Bakı
  • Ünvan: Çıraq Plaza Tbilisi pr. 49C
  • İş təcrübəsi: 5 ildən çox
  • Maaş: 3500 - 4500 AZN
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Nahar: Bəli verilir
  • Elan ID: 9853
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 27.01.2025
  • Elanın bitmə tarixi: 26.02.2025

Namizədə tələblər

  • İş Təcrübəsi: Mühasibatlıq sahəsində  5-7 il iş təcrübəsi, o cümlədən rəhbərlik mövqeyində təcrübə.
  • Mühasibatlıq və maliyyə standartları, və vergi qanunvericiliyi sahəsində dərin biliklər.
  • Vergi qanunvericiliyində dəyişiklikləri izləmə və tətbiq etmə bacarığı.
  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı.
  • Mühasibat proqramları və digər maliyyə idarəetmə alətlərindən istifadə təcrübəsi.
  • Komandanı idarəetmə və liderlik bacarığı.
  • Dil bilikləri: Azərbaycan və ingilis dillərini peşəsinin tələb etdiyi səviyyədə bilmək.
İş haqqında məlumat
  • Şirkətin maliyyə uçot sisteminin effektiv və qanunvericiliyə uyğun şəkildə idarə edilməsi
  • Maliyyə sənədlərinin hazırlanmasını təşkil etmək və mühasibat uçotunun standartlara uyğunluğunu təmin etmək
  • Balans, mənfəət-zərər və nağd pul axını hesabatlarının dəqiq hazırlanmasını təmin etmək.
  • Şirkətin maliyyə vəziyyətinə dair aylıq, rüblük və illik hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • Gündəlik əməliyyatların mühasibat proqramına düzgün və vaxtında daxil edilməsinə nəzarət.
  • Mühasibat əməliyyatlarının düzgün aparılmasını təmin etmək (gəlir, xərc, debitor və kreditor borcları, əsas vəsaitlər və s.).
  • Maliyyə əməliyyatlarında daxili nəzarətini tətbiq etmək.
  • Şirkət daxilində baş verən bütün maliyyə və təsərrüfat əməliyyatlarının sənədləşdirilməsinə nəzarət etmək.
  • Vergi bəyannamələrinin (ƏDV, Mənfəət Vergisi və s.) hazırlanması və təqdim edilməsi.
  • Vergi qanunvericiliyindəki dəyişiklikləri izləmək, uyğun tədbirlər görmək və tətbiq etmək.
  • Vergi hesablamalarının və ödəmələrinin dəqiqliyini təmin etmək.
  • Vergi məsələləri ilə bağlı Vergilər Xidməti və məsləhətçilərlə əlaqələrin idarə edilməsi.
  • Dövlət qurumlarına tələb olunan hesabatları vaxtında və dəqiq təqdim etmək.
  • Debitor və kreditor borclarının düzgünlüyünə və vaxtında ödənilməsinə nəzarət.
  • Anbar, əsas vəsait və inventarların yoxlanışında iştirak və nəzarət.
  • Daxili nəzarət sistemlərinin effektiv şəkildə tədbiq etmək.
  • Mühasibatlıq komandası arasında tapşırıqların düzgün bölüşdürülməsi və icrasına nəzarət.
  • Komanda üzvlərinin təlim və inkişafına dəstək olmaq.
  • Şirkətin maliyyə siyasətinin həyata keçirilməsinə dəstək göstərmək.
  • Rəhbərliyin verdiyi digər əlaqədar tapşırıq və vəzifələrin yerinə yetirilməsi.

 

İş Şəraiti:

  • İş qrafiki: 5/2, 09:30-18:30
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Əmək Haqqı: 3500-4500 AZN net
  • İş yeri: Çıraq Plaza Tbilisi pr. 49C

 

Maraqlanan namizədlər CV formalarını  mövzu yerinə “Mühasibatlıq Departamentinin direktoru” yazaraq mail ünvanına göndərə bilərlər.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: