logo

Mühasib/Aparıcı mühasib

  • Kateqoriya: Maliyyə
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Nahar: Bəli verilir
  • Sığorta: Bəli olunur
  • Elan ID: 14687
  • Elanın yerləşdirmə tarixi: 03.09.2025
  • Elanın bitmə tarixi: 03.10.2025

Namizədə tələblər

  • Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və Audit, Menecment ixtisasları);
  • İstehsalat sahəsində 1-3 il iş təcrübəsi;
  • 1C 8.3 və MS Excel bilikləri;
  • İngilis dili biliyi üstünlüklüdür.

 

Səriştəlik

  • Təşəbbüskarlıq və məsuliyyətlilik
  • İntizamlılıq və nəticəyə köklənmə
  • Açıq fikirli və problemi həll etmə bacarığı
  • Analitik düşünmə qabiliyyəti
  • Düzgünlük və dəqiqlik
  • Yüksək təqdimat bacarığı
İş haqqında məlumat
  • Vergi hesabatlarının və DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət və təhlil;
  • Avans sahiblərinin balanslarına nəzarət etmək;
  • Bank, Kassa, Əmək haqqı sənədlərinin işlənməsi və uçotunun aparılması;
  • E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi;
  • Bank və kassa əməliyyatları üzrə pul vəsaitlərinin hərəkətinin hesabatını hazırlamaq;
  • Müştərilər ilə üzləşmə aktlarını / hesabatlarını hazırlamaq;
  • Hesabların müxabirləşməsini nəzərdən keçirmək, araşdırmaq, səhvlikləri və uyğunsuzluqları aradan qaldırmaq;
  • Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq;
  • Bütün növ mühasibat əməliyyatlarının mühasibatlıq proqramına daxil edilməsi;
  • Digər gündəlik və aylıq debitor hesablar üzrə əməliyyatların yerinə yetirilməsi.

 

İmtiyazlar

  • Nahar təminatı
  • Servislə təmin olunur
  • Könüllü tibbi sığorta

 

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: