logo

Mühasib (istehsalat sahəsi)

  • Kateqoriya: Maliyyə
  • Şəhər: Sumqayıt
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Nahar: Bəli verilir
  • Elan ID: 10396
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 13.02.2025
  • Elanın bitmə tarixi: 15.03.2025

Namizədə tələblər

  • Maliyyə və ya Mühasibatlıq sahəsində Bakalavr dərəcəsi;
  • Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi (əsasən istehsalat sahəsində təcrübəsi olanlara üstünlük veriləcək);
  • Microsoft Excel, Microsoft Word kompyuter proqramlarında sərbəst işləmək bacarığı;
  • Komanda ilə işləmə bacarığı;
  • Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı;
  • Nizam-intizamlı, məsuliyyətli olmalı;
  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı.
İş haqqında məlumat
  • Maliyyə-təsərrüfat fəaliyyətinin, gəlirlərinin, iş və xidmət xərclərinin, həmçinin digər aktivlərinin, öhdəliklərinin və ehtiyatlarının, gəlir və xərclərinin uçotunu düzgün şəkildə və vaxtında aparır, onların hərəkəti ilə bağlı əməliyyatları mühasibat uçotunda vaxtında və dəqiq şəkildə əks etdirir; 
  • İnternet banking əsas əməliyyatlar (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, Dövlət büdcəsinə vergi və digər ödənişlərin icrası);
  • Elektron qaimələrin yazılması və bununla əlaqədar satış sənədlərinin, Müqavilələrin, Hesab fakturaların, Qiymət razılaşma protokollarının, Təhvil-təslim aktlarının hazırlanması; 
  • Online Kargüzarlığa daxil olan sorğuların araşdırılması və qanunvericilik çərçivəsində təyin olunan müddətdə cavablandırılması;
  • Müştərilər ilə üzləşmə aktlarını / hesabatlarını hazırlamaq;
  • Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq;
  • Maliyyə hesabatlarının tərtib edilməsi;
  • Vergi,  hesabatllarının (ƏDV, ÖMV, SV, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
  • ”Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə təqdim olunmuş xəstəlik vərəqələri üzrə müavinətləri hesablayır;
  • ”Məcburi dövlət sosial sığorta haqları” üzrə hesabatları hazırlayır;
  • Əlaqəli tərəflərlə əlaqədar uçotun daimi üzləşdirilməsini həyata keçirir və düzgün uçotunu aparır, həmçinin əlaqəli tərəflərlə bağlanmış müqavilələr üzrə yerinə yetirmiş işlərə görə təqdim olunmuş ilkin sənədləri qəbul edir, onları yoxlayır, üzləşdirir və bu əməliyyatların müvafiq şəkildə uçotunu aparır;
  • Material qiymətlərinin alınmasının, mədaxilinin, yer dəyişməsinin, silinməsinin və təqdim edilməsinin uçotunu aparır;
  • Pul vəsaitləri hərəkətlərinin uçotunu aparır;
  • Şöbə rəisinin – baş mühasibinin digər aidiyyati göstəriş və tapşırıqları icra edir.

 

İş şərtləri: 

  • Əmək haqqı: razılaşma yolu ilə;
  • İş yeri: Sumqayıt şəhəri;
  • Nahar və servis xidməti müəssisə tərəfindən təşkil edilir;
  • İş qrafiki: 6 günlük (6-cı gün qısa iş günü).

 

Namizədlərdən CV-lərini  mövzu yerində "Mühasib" yazmaqla elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: