M

Mühasib / Accountant

  • Kateqoriya: Maliyyə
  • Şəhər: Bakı
  • Ünvan: Hyatt Regency, Izmir kücəsi
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: 1800 - 2000 AZN
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 16625
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 17.03.2026
  • Elanın bitmə tarixi: 16.04.2026

Namizədə tələblər

  • Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi və mühasibat uçotu qanunvericiliyi üzrə biliklər;
  • 1C və ya digər ERP mühasibat proqramlarında işləmək bacarığı;
  • MS Excel proqramında sərbəst işləmək bacarığı;
  • Elektron vergi sistemləri və dövlət portalları ilə işləmək bacarığı;
  • PMS və ya digər müvafiq sertifikatların olması üstünlükdür;
  • Analitik düşünmə qabiliyyəti, diqqətlilik və məsuliyyətlilik;
  • Komanda ilə işləmək bacarığı.
İş haqqında məlumat
  • Müəssisədə həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu standartlarına və qüvvədə olan qanunvericiliyə uyğun olaraq uçotunun aparılması;
  • İlkin mühasibat sənədlərinin (müqavilə, hesab-faktura, qaimə, təhvil-təslim aktları və s.) qəbul edilməsi, yoxlanılması və sistemə daxil edilməsi;
  • Alış və satış əməliyyatlarının mühasibat proqramında düzgün əks etdirilməsi;
  • Elektron qaimə-faktura, e-faktura və digər elektron vergi portalı əməliyyatlarının icrası;
  • Debitor və kreditor borcların uçotunun aparılması, qarşılıqlı hesablaşmaların yoxlanılması və üzləşmə aktlarının hazırlanması;
  • Bank və kassa əməliyyatlarının həyata keçirilməsi, ödəniş tapşırıqlarının hazırlanması və gündəlik bank əməliyyatlarının uçotunun aparılması;
  • Əsas vəsaitlərin uçotu (alınması, istismara verilməsi, amortizasiyanın hesablanması və balansdan silinməsi);
  • Mal-material ehtiyatlarının uçotunun aparılması, anbar hərəkətlərinə və inventarizasiya prosesinə nəzarət;
  • Əmək haqqı, məzuniyyət, ezamiyyə və son haqq-hesab ödənişlərinin hesablanması və uçotunun aparılması;
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması (Balans, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı və Kapitalda dəyişikliklər hesabatı);
  • Vergi bəyannamələrinin (ƏDV, mənfəət vergisi, əmlak vergisi və s.), DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyəti dövlət orqanlarına vaxtında təqdim edilməsi;
  • Mühasibat uçotu üzrə normativ-hüquqi aktların izlənilməsi və tətbiqi;
  • Audit və vergi yoxlamaları zamanı tələb olunan sənədlərin hazırlanması və təqdim edilməsi;
  • Müəssisənin maliyyə göstəricilərinin izlənilməsi və rəhbərliyə operativ məlumatların təqdim edilməsi;
  • Vergi risklərinin qiymətləndirilməsi və mühasibat proseslərinin optimallaşdırılması üzrə təkliflərin verilməsi.

 

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş həftəsi (08:30 – 17:30)
  • Rəsmi əmək müqaviləsi
  • Stabil və uzunmüddətli iş imkanı
  • Əmək haqqı: 1800-2000 azn
  • İş yeri: Hyatt Regency, Izmir kücəsi.

 

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: