- Kateqoriya: Maliyyə
- Şəhər: Bakı
- Ünvan: Heydər Əliyev prospekti 115, Sport plaza
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 8370
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 06.11.2024
- Elanın bitmə tarixi: 06.12.2024
Namizədə tələblər
- Təhsil: Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
- İş təcrübəsi: Müvafiq sahədə minimum 2 (iki) il
- Dil biliyi: Rus dili və İngilis dili arzuolunandır.
- Office proqramlarında, əsasən EXCEL-də yaxşı səviyyədə işləmə bacarığı olmalıdır;
- 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
- Müştərilər ilə peşəkar kommunikasiya bacarıqları.
İş haqqında məlumat
- Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət və təhlil;
- İnternet banking əsas əməliyyatlar (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, Dövlət büdcəsinə vergi və digər ödənişlərin icrası);
- Elektron qaimələrin yazılması və bununla əlaqədar satış sənədlərinin, Müqavilələrin, Hesab fakturaların, Qiymət razılaşma protokollarının, Təhvil-təslim aktlarının hazırlanması;
- Online Kargüzarlığa daxil olan sorğuların araşdırılması və qanunvericilik çərçivəsində təyin olunan müddətdə cavablandırılması;
- Müştərilər ilə üzləşmə aktlarını / hesabatlarını hazırlamaq;
- Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq;
- Maliyyə hesabatlarının tərtib edilməsi;
- Vergi, hesabatllarının (ƏDV, ÖMV, SV, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: Bazar ertəsi – Cümə - 09:00-dan 18:00-dək;
- Şənbə - qısa iş günü;
- İstirahət: Bazar günləri;
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Ünvan: Heydər Əliyev prospekti 115, Sport plaza.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərinizi elektron poçt ünvanına Subject/Mövzu hissəsində “Mühasib” qeyd etməklə göndərmələri xahiş olunur.
Qeyd: COP 29 tədbiri ilə əlaqədar olaraq müsahibə online keçirilə bilər.
Namizədlərdən xahiş olunur,tələblərə diqqətlə nəzər yetirib,daha sonra CV-lərinizi qeyd olunan ünvana göndərəsiniz.