
- Kateqoriya: Maliyyə
- Şəhər: Bakı
- İş təcrübəsi: 3-5 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 11044
- E-poçt: vacancy@ intexaudit.az
- Elanın yerləşdirmə tarixi: 01.03.2025
- Elanın bitmə tarixi: 31.03.2025
Namizədə tələblər
- Müvafiq sahədə ali təhsil diplomu;
- Minimum 3 il mühasib təcrübəsi olmalı;
- Vergi və əmək məcəlləsini, Azərbaycan Respublikası qanunvericilik aktlarını və normativ hüquqi sənədləri bilməli;
- Müəssisədə mühasibat uçotunun forma və metodlarını, müxabirləşmələr etməyi bilməli;
- İlkin sənədləşmələri, əmək haqqı hesablanmasını, müxabirləşmələr etməyi, dövriyyə saldo cədvəllərini oxumağı bilməli;
- 1C 8.3 mühasibat proqramlarında, Office proqramları və elektron hesabat proqramlarında (BTP, EVHF, EQF, B1, statistika) yüksək səviyyədə işləmə bacarığı olmalı;
- Azərbaycan dilini mükəmməl bilməli, rus və ingilis dilləri arzuolunandır;
- Fikrini aydın izah etmək, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir.
İş haqqında məlumat
- Sənədlərin (e-qaimə, bank əməliyyatlarının, əmək haqqı cədvəlinin və s.) 1C 8.3 proqramına işlənməsi;
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələri təşkil etmək;
- Vergi və mühasibat uçotunu aparmaq;
- Kassa, Bank əməliyyatlarını həyata keçirmək, qaimə və vergi hesab fakturaları yazmaq, qarşılıqlı hesablaşma və üzləşmə aktlarını tərtib etmək;
- Debitor və kreditor hesablaşmaları aparmaq;
- Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödənmək;
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
- Gündəlik və aylıq hesabatları tərtib etmək;
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarını hazırlamaq və aidiyyəti orqanlara vaxtında təqdim etmək;
- Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödəmələr etmək;
- Məxfilik prinsiplərini pozmamaq;
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək.
Bizim təklif etdiklərimiz:
- Mehriban, dinamik və daim köməyə hazır komanda;
- 5 günlük iş rejimi (09:00 - 18:00);
- Şəxsi və peşəkar inkişaf;
- Ofisin mərkəzdə yerləşməsi;
- Əmək haqqı razılaşma yolu ilə.
Uyğun namizədlər CV-lərini “Mühasib” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.