- Kateqoriya: Xidmət
- Şəhər: Bakı
- İş təcrübəsi: 1 ildən az
- Maaş: Müsahibə əsasında
- Yaş: 20 - 40
- İş rejimi: Tam-ştat
- Elan ID: 17224
- Elanın yerləşdirmə tarixi: 10.08.2026
- Elanın bitmə tarixi: 09.09.2026
Namizədə tələblər
- Azərbaycan Respublikasının vətəndaşı olmalı;
- 20–40 yaş aralığında olmalı və Bakı şəhəri üzrə daimi qeydiyyatı olmalı;
- Həqiqi hərbi xidmət keçmiş olmalı;
- Gərgin və operativ xidmət şəraitində işləmək bacarığı olmalı, təhlükəsizlik prosedurlarına və intizam qaydalarına ciddi riayət etməli.
İş haqqında məlumat
Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün Mühafizə departamentinə Mühafizəçi axtarırıq!
Namizəd obyektlərin fiziki mühafizəsinin təşkili, obyektdaxili və buraxılış rejiminin təmin edilməsi, dövlət əmlakının qorunması və təhlükəsizlik protokolları ilə normativ tələblərə riayət olunmasını təmin etməklə yanaşı, gündəlik xidmət fəaliyyətini təsdiq olunmuş vəzifə təlimatına uyğun şəkildə və yüksək məsuliyyətlə icra etməlidir.
Sizi hansı öhdəliklər gözləyir?
- Obyektlərin fiziki mühafizəsini, obyektdaxili və buraxılış rejimini fasiləsiz və etibarlı şəkildə təmin etmək;
- Obyektlərdə xidmət edən personalın yuxarıda qeyd olunan rejimə əməl etmələrini tələb etmək;
- Xidmətdə yüksək ayıqlıq nümayiş etdirmək, dövlət əmlakının etibarlı mühafizəsini təmin etmək və baş verə biləcək hər hansı insidentə operativ şəkildə hazır olmaq.;
- Təhlükəsizlik sistemləri (kameralar, siqnalizasiya və digər müşahidə vasitələri) üzrə monitorinq aparmaq və aşkar olunan uyğunsuzluqları vaxtında aidiyyəti üzrə məlumat vermək;
- Təhlükəsizlik protokollarının, mövcud normativ tələblərin və təsdiq olunmuş vəzifə təlimatının tələblərinə tam riayət edərək gündəlik xidmət fəaliyyətini icra etmək.
Metropoliten Sizə nə təklif edir?
- Sabit və etibarlı iş mühiti;
- Peşəkar komandada inkişaf və karyera imkanları;
- Metropolitendən ödənişsiz istifadə imkanı;
- Güzəştli nahar təminatı;
- Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;
- Psixoloji dəstək xidməti.
Müraciət Üçün
- Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5501 müraciətinizi tamamlaya bilərsiniz.
Uğurlar!
Oxşar vakansiyalar
Buxar Mühəndislik
Anbardar köməkçisi
Maaş: 800 AZN
03.08.2026
Bakı
192
N
Nur Collection
Sürücü
Maaş: Müsahibə əsasında
28.07.2026
Bakı
224
Fairmont Baku
Administrative Assistant
Maaş: Müsahibə əsasında
26.07.2026
Bakı
223
AzerTunelSuTikinti
Fəhlə (Betonçu)
Maaş: 900 AZN
10.08.2026
Bakı
79
OMİD Mağazalar Şəbəkəsi
Fəhlə
Maaş: 500 - 700 AZN
30.07.2026
Bakı
215
Murad LTD
Anbar fəhləsi
Maaş: Müsahibə əsasında
30.07.2026
Sumqayıt
195