logo

Müdir (Hesabatlılıq şöbəsinə)

  • Kateqoriya: İnzibati
  • Şəhər: Bakı
  • Ünvan: Nərimanov rayonu, Əhməd Rəcəbli 19A
  • İş təcrübəsi: 1 ildən az
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Sığorta: Bəli olunur
  • Elan ID: 14513
  • E-poçt: hr@meqasigorta.az
  • Elanın yerləşdirmə tarixi: 15.08.2025
  • Elanın bitmə tarixi: 14.09.2025

Namizədə tələblər

  • Təhsil: Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahədə ali təhsil; IFRS üzrə ixtisaslaşma. ACCA, CPA, CFA kimi beynəlxalq sertifikatların mövcud olması üstünlükdür.
  • Təcrübə: Sığorta sektorunda (üstünlükdür) və ya digər maliyyə xidmətləri sahəsində maliyyə hesabatlılığı, mühasibatlıq və audit üzrə minimum 5 illik iş təcrübəsi;  İFRS və milli mühasibat standartları, xüsusilə IFRS 17 haqqında biliklər üstünlükdür. Konsolidasiya olunmuş aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması və təhlili üzrə təcrübə. 
  • Şəxsi və işgüzar  keyfiyyətləri:  Güclü analitik düşüncə, problemlərin həllinə sistemli yanaşma, dəqiqliyə diqqət və etik davranış. Effektiv ünsiyyət və təqdimat bacarıqları, Komanda idarəetməsində təcrübə.
  • Rəqəmsal bacarıqlar: ERP sistemlərində iş bacarığı, maliyyə hesabat proqramları və Excel proqramında yüksək səviyyəli biliklər; Hesabat proseslərinin avtomatlaşdırılması sahəsində təcrübə.
  • Sığorta fəaliyyətinə aid olan qanunları və AR Mərkəzi Bankının normativ sənədlərini bilmək – üstünlükdür.
İş haqqında məlumat

Struktur bölmə: Hesabatlılıq şöbəsi

 

Vəzifə öhdəlikləri:

  • Şirkətin hesabatları üçün istifadə olunan əməliyyat sistemləri və digər rəqəmsal mənbələrdən əldə edilən məlumatların adekvat, tam, etibarlı və aktual olmasına nəzarət etmək;
  • IFRS və milli mühasibat standartlarına uyğun illik, rüblük və aylıq maliyyə hesabatlarının hazırlanmasına, dəqiqliyinə və vaxtında təqdim edilməsini təmin etmək;
  • Aidiyyəti üzrə təqdim ediləcək hesabatların düzgün tərtibinə və vaxtında təqdim  olunmasını təmin etməklə korporativ idarəetmənin effektivliyini və şəffaflığını dəstəklənməsini təmin etmək; 
  • Şirkətin aktivlərinin qorunması, hesabat səhvlərinin və əməliyyat risklərinin aradan qaldırılması üçün güclü daxili nəzarət mexanizmləri tənzimləmək və daima təkmilləşdirmək. 
  • Proseslərin optimallaşması və avtomatlaşdırılması sahəsində hesabat dövrlərini optimallaşdırmaq, operativ hesabatların hazırlanmasını asanlaşdırmaq və insan faktorundan asılılığı azaltmaq.
  • Vəzifə təlimatına uyğun digər işlərin həyata keçirilməsi. 

 

İş şərtləri:

  • İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19A;
  • İş vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək);
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında təyin olunacaq.

 

İmtiyazlar:

  • Karyera və peşəkar inkişaf üçün imkanlar;
  • Peşəkar komandada işləmək imkanı;
  • Tibbi sığorta təminatı;
  • Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük.

 

Müraciət qaydası:
Zəhmət olmasa, mövzu bölməsində “Hesabatlılıq şöbəsi - Müdir” qeyd etməklə CV-nizi Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək. 

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: