- Kateqoriya: Maliyyə
- Şəhər: Bakı
- İş təcrübəsi: 1 ildən az
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 10023
- Elanın yerləşdirmə tarixi: 31.01.2025
- Elanın bitmə tarixi: 02.03.2025
Namizədə tələblər
- Ali təhsil
- Mikro, KOS kreditlərin və lizinqlərin (arzuolunan) verilməsi sahəsində birbaşa əlaqəli biliklərə, təcrübəyə və bacarıqlara malik olmaq
- Bank fəaliyyətinin həyata keçirilməsinə dair ölkənin və Bankın normativ-hüquqi bazası ilə (müvafiq qanunlar, qaydalar, proseduralar, metodoloji göstərişlər və s.) məlumatlı olmaq
- Lazımi tapşırıqları dəqiq və vaxtında departament rəhbərinə və digər səlahiyyətli şəxslərə çatdırmaq bacarığına malik olmaq
- Müştərilərlə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyətinə malik olmaq
- Analitik düşüncəyə malik olmaq
- Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqlarına malik olmaq
- Bankın fəaliyyətində istifadə edəcəyi informasiya texnologiyalarına dair proqramları (Microsoft Office Excel/Word və sair) bilmək
İş haqqında məlumat
Biz biznes kreditləri və lizinq müraciətlərinin təhlili və qərar verilməsi ilə məşğul olacaq, bankımızın kredit portfelinin keyfiyyətinin tənzimlənməsində bizimlə birlikdə iştirak edəcək, güclü analitik qabiliyyətə və komanda ilə işləmək bacarığına malik əməkdaş axtarırıq. Müraciətlərin obyektiv dəyərləndirilməsi, risklərin analizi və düzgün qərarların qəbul edilməsi prosesi zamanı işinizdən zövq alacağınızı düşünürük.
Öhdəliklər
- Müraciətlər əsasında mikro kreditlərin, lizinqlərin və mikro məhsullarin verilməsi , restrukturizasiya və ya şərtlərə əlavə və dəyişikliklərin edilməsi üzrə müştərinin təhlilini həyata keçirir, ehtiyac olduqda yerində baxış keçirir və onlar barədə rəy verir
- Tələb olunduğu halda şöbənin fəaliyyətinə uyğun hesabatların hazirlanması və analitik nəticələrin təqdim edilməsi
- Kreditləşmə üzrə bankdaxili qaydaların pozulması, risklərin düzgün qiymətləndirilməməsi və ya təminatın kifayət olub-olmamasını yoxlayır
- Müvafiq Kredit komissiyalarında müraciətlər üzrə müzakirələrdə iştirak edir
- Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra edir.
- Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir
- Birbaşa rəhbəri, İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir
Bizimlə işləməyin üstünlükləri:
- Biz müştərilərimizə dəyər veririk və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
- Multikultural mühit: biz xarici həmkarlarımızın fikirlərini və təcrübələrini qiymətləndiririk. Biz açıqlığa, inklüzivliyə və müxtəlif baxış bucağının mövcudluğuna dəyər veririk.
- Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
- Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
- Çevik iş formatı: məsafədən və ofis işinin kombinasiyası.
- Rahat və gözəl ofis: xoş və maraqlı ofisimiz var.
- Qeyri-rəsmi geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin.
Müraciət üçün link-ə keçid edə bilərsiniz.