F
- Kateqoriya: Xidmət
- Şəhər: Bakı
- Ünvan: “Le Pain Quotidien” Restoranı (Sea Breeze)
- İş təcrübəsi: 3-5 il
- Maaş: 1355 AZN
- Təhsil: Orta təhsil
- İş rejimi: Növbəli
- Nahar: Bəli verilir
- Elan ID: 12263
- E-poçt: recruitment@fbco.az
- Elanın yerləşdirmə tarixi: 10.04.2025
- Elanın bitmə tarixi: 10.05.2025
Namizədə tələblər
Peşəkar Bacarıqlar və Kompetensiyalar:
- Əsas gigiyena qaydaları üzrə biliklər
- Yüksək ünsiyyət bacarığı və müştəriyönümlü yanaşma
- Stresə davamlılıq və motivasiya
- Dəqiqlik və məsuliyyətlilik
Tələblər:
- Orta və ya ali təhsil
- Əlaqəli sahədə minimum 3 il iş təcrübəsi
İş haqqında məlumat
Le Pain Quotidien — Fransız mətbəxindən ilhamlanan, Belçika mənşəli gündəlik təbii ləzzətləri, səmimi xidmət və Avropa mətbəxi ruhunu birləşdirən beynəlxalq restoran brendidir. Sadəlik, orijinallıq, təbii məhsullar və rahat mühit brendin əsasını təşkil edir. Burada qonaqlar təbii inqrediyentlərlə hazırlanan sağlam yeməklər, təzə bişmiş çörək və dostcasına atmosferlə qarşılaşırlar.
Vəzifənin Qısa Təsviri:
Le Pain Quotidien mətbəx rəhbərləri mətbəxin səmərəli, məhsuldar və keyfiyyətli şəkildə işləməsinə cavabdehdirlər. Onlar komandanı idarə edir, motivasiya edir, təlimlər keçir, keyfiyyətə və gigiyenaya nəzarət edir, eləcə də sifariş proseslərini və anbarı idarə edirlər.
Vəzifə və Öhdəliklər:
- Mətbəxdə istifadə olunan bütün məhsulların düzgün qəbulunu, yerləşdirilməsini və düzgün saxlanma qaydalarına əsasən saxlanmasını təmin etmək.
- Mərkəzi istehsalatdan gələn məhsulların keyfiyyətini yoxlamaq, istifadə müddətini və tələb olunan qaydada saxlanma şəraitini izləmək.
- Mətbəx komandasının hər bir üzvünün məsuliyyət sahəsini müəyyənləşdirmək, tapşırıqların vaxtında və düzgün icrasına nəzarət etmək.
- Texniki kitabçaya uyğun olaraq məhsulların hazırlanmasını təmin etmək – düzgün qramajda, təqdimat formasına uyğun, dad və keyfiyyət standartlarına cavab verən şəkildə.
- Mətbəxdə gigiyena və sanitariya qaydalarına ciddi riayət olunmasına nəzarət etmək və əməkdaşlara bununla bağlı mütəmadi təlimlər keçmək.
- Təhlükəsizlik qaydalarını izləmək – avadanlıqların düzgün işləməsi, təmizlik və səliqə standartlarının qorunması.
- İşçi heyətinin növbə cədvəllərini hazırlamaq, istirahət və fasilələri düzgün təşkil etmək.
- Gündəlik, həftəlik və aylıq məhsul sifarişlərini planlamaq, anbarla koordinasiyalı işləmək.
- Menecerə hesabatlar təqdim etmək – görülmüş işlər, məhsul istehlakı, itkilər, personal performansı haqqında məlumat vermək.
- Yeni əməkdaşlara təlim keçmək, iş prosesinə adaptasiyada dəstək olmaq və nümunəvi davranış sərgiləmək.
- “Gizli müştəri”, daxili və xarici auditlərə uyğun hazırlıq görmək, xidmət və məhsul keyfiyyətinin yüksək səviyyədə olmasını təmin etmək.
Əmək Şəraiti:
- Əmək haqqı: 1355 AZN (Gross) + satışa əsasən bonus (faiz)
- İş rejimi: Növbəli iş qrafiki (dəyişən növbələr əsasında)
Əlavə imkanlar:
- Rəsmi əmək müqaviləsi
- Nahar ilə təmin olunma
- Nəqliyyat xərcinin qarşılanması
- Peşəkar inkişaf və karyera yüksəlişi üçün təlim imkanları
- Müasir və rahat iş mühiti
MÜRACİƏT QAYDASI
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mətbəx Komanda Rəhbəri” qeyd edərək Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar

Ivy Garden Hotel
Fitness Spa Receptionist
Maaş: 600 AZN
09.05.2025
Bakı
23

The Merchant Baku
Cluster F&B manager
Maaş: Müsahibə əsasında
07.05.2025
Bakı
29

Paulaner Brauhaus Baku
Hostess
Maaş: Müsahibə əsasında
07.05.2025
Bakı
39
C
Center Hotel Baku
Resepşn
Maaş: 650 - 1000 AZN
07.05.2025
Bakı
49

Hilton Garden Inn Baku
Food & Beverage supervisor
Maaş: Müsahibə əsasında
06.05.2025
Bakı
26

Badamdar Hotel & Residences
SPA üzrə qeydiyyatçı / SPA Receptionist
Maaş: Müsahibə əsasında
06.05.2025
Bakı
34