logo

Merçendayzer

  • Kateqoriya: Satış
  • Şəhər: Bakı
  • Ünvan: Nərimanov rayonu
  • İş təcrübəsi: 1 ildən az
  • Maaş: 700 AZN
  • Təhsil: Orta təhsil
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 17221
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 10.08.2026
  • Elanın bitmə tarixi: 09.09.2026

Namizədə tələblər

  • Tam orta, orta ixtisas və ya ali təhsil (tekstil, ticarət və ya satış sahəsi üzrə təhsil üstünlükdür);
  • Merçendayzinq, satış və ya pərakəndə ticarət sahəsində minimum 6 ay – 1 il iş təcrübəsi arzuolunandır;
  • Təcrübəsi olmayan, öyrənməyə həvəsli namizədlərin də müraciətinə baxıla bilər;
  • Azərbaycan dilini sərbəst bilmək (Rus dili biliyi üstünlükdür);
  • MS Word və MS Excel proqramlarında işləmək bacarığı;
  • Elektron poçt və mobil tətbiqlərdən istifadə bacarığı;
  • Səliqəli, məsuliyyətli, diqqətli, punktual və komandada işləmək bacarığı;
  • Estetik zövqə və vizual təqdimat bacarığına malik olmaq.
İş haqqında məlumat

KATAN Tekstil MMC Tekstil üzrə Merçendayzer vakansiyası üzrə namizəd axtarışındadır.

 

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Nərimanov rayonu
  • Əmək haqqı: 700 AZN
  • İş qrafiki: Tam iş günü

 

Vəzifə öhdəlikləri:

  • Tekstil məhsullarının vitrin və satış sahəsində şirkətin vizual standartlarına uyğun yerləşdirilməsini təmin etmək;
  • Yeni kolleksiya, kampaniya və endirim məhsullarının düzgün təqdimatını təşkil etmək;
  • Məhsulların qiymət, barkod, ölçü və digər məlumatlarının düzgünlüyünə nəzarət etmək;
  • Satış sahəsində məhsul ehtiyatını izləmək, çatışmayan məhsullar barədə məlumat vermək;
  • Məhsulların səliqəli və estetik görünüşünü daim qorumaq;
  • Mövsümi vitrin konseptlərinin hazırlanması və tətbiqində iştirak etmək;
  • Müştəri tələbatını izləyərək rəhbərliyə təkliflər vermək;
  • Marketinq, satış və anbar şöbələri ilə koordinasiyalı işləmək;
  • Gündəlik və dövri hesabatları hazırlamaq.

 

Şirkət təklif edir:

  • Rəsmi əmək müqaviləsi;
  • Stabil və uzunmüddətli iş imkanı;
  • Peşəkar komandada inkişaf və karyera yüksəlişi;
  • Korporativ iş mühiti.

 

Maraqlanan namizədlər CV-lərini "Tekstil üzrə Merçendayzer" mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: