- Kateqoriya: Dizayn
- Şəhər: Bakı
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 7751
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 30.08.2024
- Elanın bitmə tarixi: 29.09.2024
Namizədə tələblər
- Memarlıq sahəsi üzrə ali təhsil (mütləqdir);
- Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
- 3Ds max, Sketch Up, Autocad proqramlarında peşəkar işləyə bilməli, Archicad Lumion bilməyi üstünlükdür;
- Tikinti normaları, qaydaları, bilmək mütləqdir;
- Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
- Obyektə ilkin baxış və ölçü işlərinin aparılması;
- İlkin eskiz layihənin hazırlanması;
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı.
İş haqqında məlumat
- Layihə-dizayn işlərinin seçilmiş dizayn üslubuna və dizayn ideyasına uyğun olaraq müəyyən edilmiş vaxtda icrasını təmin etmək;
- Layihələrin memarlıq və dizayn hissəsinin işlənib hazırlanmasını həyata keçirmək;
- Seçilmiş dizayn üslubundan istifadə etməklə, qrafik dizayn ideyaları təqdim etmək;
- Müvafiq proqram təminatı vasitəsilə tikiləcək obyektin vizual dizayn konsepsiyasını hazırlamaq;
- Layihənin memarlıq, konstruksiya və digər hissələri ilə uyğunluğunu təmin edərək vizual dizayn konsepsiyası hazırlayarkən texniki cəhətdən mümkün olan, texniki şərtlərə cavab verən, qrafik dizaynlar hazırlamaq;
- Layihənin vizualizasiyası zamanı tikinti prosesində eksteryer və interyerdə istifadə ediləcək materialları və onların ölçülərini nəzərə almaq, onların texniki şərtnaməsini və spesifikasiyalarını hazırlamaq;
- Eskiz layihəni aidiyyəti şəxslərlə müzakirə etmək və razılaşdırmaq;
- Tikintinin layihələndirilməsində aidiyyəti şəxslərlə birgə işləmək;
- Baş memarın tələblərini və tapşırıqlarını məsuliyyətlə yerinə yetirmək.
İş şəraiti
- 6 günlük iş qrafiki;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Memar - dizayner” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.
Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.