- Kateqoriya: İnzibati
- Şəhər: Bakı
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 17202
- Elanın yerləşdirmə tarixi: 04.08.2026
- Elanın bitmə tarixi: 03.09.2026
Namizədə tələblər
Professional biliklər:
- MS Office, xüsusilə Excel proqramı, cədvəllər, hesabatlar və məlumatların daxil edilməsi ilə işləmək bacarığı.
- Məlumatların sistemə və ya məlumat bazasına daxil edilməsi, cədvəllərlə işləmə və məlumatların düzgünlüyünün yoxlanılması üzrə praktiki biliklər. (Bu tələb CV-də məlumatların daxil edilməsi, sifariş, məhsul, qiymət, MarkUp, məzənnə, satış qiyməti, hesabat və ya məlumat bazası ilə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir)
- İngilis dili biliyi: A1 və yda daha yükəsk səviyyə arzuolunandır
- 1C və ya oxşar məlumat bazası sistemlərində işləmə bacarığı
Təhsil:
- İqtisadiyyat, maliyyə, mühasibatlıq, biznesin idarə edilməsi, satış əlaqələri, məlumatların idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil.
İş təcrübəsi:
- Məlumatların daxil edilməsi, operator, inzibati dəstək, satış dəstəyi, sifariş, məhsul, qiymət məlumatları, hesabat və/və ya ofis sənədləri ilə iş üzrə ən azı 1 il iş təcrübəsi.
- Operator, məlumatların daxil edilməsi, məlumat bazası, sifarişlərin qeydiyyatı və ya inzibati sənədləşmə üzrə iş təcrübəsi.
- Məhsul, sifariş, qiymət, MarkUp, məzənnə, satış qiyməti və ya məhsul məlumat bazası ilə iş təcrübəsi.
Professional bacarıq və kompetensiyalar:
- Detallara diqqət və nəticə yönümlülük
- Analitik düşüncə
- Komanda ilə işləmə bacarığı
- Məlumatlarla dəqiq və sistemli işləmə bacarığı
İş haqqında məlumat
İş Yeri: Sinteks LLC
Lokasiya: Bakı, Azərbaycan
Vəzifənin təsviri:
- Bu vəzifənin rolu sifariş edilmiş məhsullar haqqında məlumatları sistemə və məlumat bazasına daxil etməkdir.
- Vəzifənin əsas məqsədi sifariş, idxal, qiymət əmsalı (MarkUp), məzənnə və satış qiyməti ilə bağlı məlumatların düzgün, vaxtında və sistemli şəkildə qeydiyyatını təmin etməkdir.
Öhdəlikləri:
Sifariş və məhsul məlumatlarının daxil edilməsi
- Sifariş edilən məhsullar üzrə məlumatları əldə edir və sistemə daxil edir.
- Məlumatların tam və düzgün daxil edilməsini təmin edir.
- Daxil edilən məlumatlarda uyğunsuzluq aşkar etdikdə rəhbərinə məlumat verir.
İdxal məlumatları və logistika bildirişləri
- İdxal olunacaq məhsullara dair məlumatları əldə edir, sistemə daxil edir və logistika şöbəsini məlumatlandırır.
- İdxal məlumatlarının vaxtında sistemə işlənməsini və aidiyyəti tərəflərə ötürülməsini təmin edir.
Qiymət əmsalı və satış qiymətinin formalaşdırılması
- Təsdiqlənmiş qiymət əmsalını (MarkUp) idxal olunan məhsullara tətbiq edir.
- Təsdiqlənmiş məzənnəyə uyğun satış qiymətinin formalaşdırılmasını həyata keçirir.
- Qiymət dəyişiklikləri ilə bağlı məlumatların sistemdə yenilənməsini təmin edir.
Məlumat bazasının yenilənməsi
- Məlumat bazasında məlumatları yeniləyir.
- Sifariş, qiymət və məhsul məlumatlarının sistemli saxlanılmasına dəstək göstərir.
- Məlumatların düzgünlüyünün yoxlanılması üçün tələb olunan cədvəlləri və qeydləri yeniləyir.
Məsuliyyət sahəsi:
- Sifarişlər, çatdırılma sənədləri və məhsul məlumatlarının sistemə daxil edilməsi
- Qiymət əmsalı (MarkUp) və valyuta məzənnəsi üzrə məlumatların işlənməsi
- Satış qiymətlərinin formalaşdırılması üçün məlumat dəstəyi
- Məlumat bazasının yenilənməsi və məlumatların düzgünlüyünün qorunması
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
Bakinity Distribution MMC
Layihə rəhbəri
Maaş: Müsahibə əsasında
29.07.2026
Bakı
114
189 Taxi
Sürücü cəlbi üzrə mütəxəssis
Maaş: Müsahibə əsasında
20.07.2026
Bakı
184
Amina and S Group
Tender üzrə mütəxəssis
Maaş: Müsahibə əsasında
20.07.2026
Bakı
169
Af Holding
Ofis meneceri / receptionist
Maaş: 19 - 25 AZN
26.07.2026
Bakı
201
K
Kreston Global CBC
Office Assistant
Maaş: Müsahibə əsasında
04.08.2026
Bakı
57