K
- Kateqoriya: Hüquq
- Şəhər: Bakı
- Ünvan: Nərimanov rayonu
- İş təcrübəsi: 1-3 il
- Maaş: 2000 AZN
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 16674
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 31.03.2026
- Elanın bitmə tarixi: 30.04.2026
Namizədə tələblər
- Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq);
- Müvafiq sahə üzrə 2 ildən çox iş təcrübəsi. Bank və ya BOKT sahəsində iş təcrübəsinin olması üstünlükdür;
- Sürücülük vəsiqəsi;
- Effektiv ünsiyyət bacarığı və komanda daxilində işləmək bacarığı;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili biliyi üstünlükdür;
- İşin xüsusiyyəti ilə əlaqədar kişi namizədlərə üstünlük verilir.
İş haqqında məlumat
- Fiziki şəxslər üzrə problemli kreditlərlə bağlı məhkəməyəqədər mərhələdə iş aparır, borclular və zaminlərlə əlaqə saxlayır, yazışmalar və ünvan səfərləri həyata keçirir, əmlak və gəlirlər barədə müvafiq orqanlara sorğular göndərir.
- Məhkəməyəqədər tədbirlər nəticə vermədikdə, işi müəyyən edilmiş müddətdə məhkəməyə təqdim olunması üçün aidiyyəti üzrə yönləndirir.
- İcra mərhələsində icra sənədlərinin vaxtında və düzgün icrasını təmin etmək məqsədilə icra məmurları ilə əməkdaşlıq edir, müraciət və vəsatətlər hazırlayır, ünvan səfərlərində iştirak edir.
- Borclunun əmlak və gəlirlərinin aşkar edilməsi, tutmanın yönəldilməsi, əmlakın qiymətləndirilməsi və hərrac prosesində təşkilatı təmsil edir.
- Məhkəmə prosesindən icra mərhələsinədək müştəri və zaminlərlə mütəmadi əlaqə saxlayır, sənədləşmə və rəsmi yazışmaları aparır.
- Görülmüş işlərin proqram üzrə qeydiyyatını aparır, borcların cari statusu və nəticələr barədə mütəmadi hesabat təqdim edir.
İş barədə məlumat:
- Əmək haqqı: 2000 + AZN (ƏH+bonus birlikdə).
- İş yeri: Bakı şəh, Nərimanov rayonu.
- Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda.
- 5 günlük iş qrafiki: I-V-ci günlər 10:00-19:00.
CV-lərinizi “Problemli kreditlərlə iş şöbəsinin icraya nəzarət üzrə mütəxəssisi” başlığı altında Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır.
Oxşar vakansiyalar
Aviation Services Group
Legal Advisor
Maaş: 2700 AZN
25.04.2026
Bakı
9
A - Group Insurance Company / A-Qroup Sığorta Şirkəti
Korporativ işlər üzrə hüquqşünas
Maaş: Müsahibə əsasında
17.04.2026
Bakı
64
BOKT Embafinans MMC
Hüquqşünas/aparıcı hüquqşünas
Maaş: 800 - 1200 AZN
16.04.2026
Bakı
58
Sea Breeze Resort & Residences
Ведущий Юрист
Maaş: Müsahibə əsasında
08.04.2026
Bakı
65