E

Marketinq üzrə mütəxəssis

  • Kateqoriya: Marketinq
  • Şəhər: Xırdalan
  • İş təcrübəsi: 1 ildən az
  • Maaş: Müsahibə əsasında
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 17199

Namizədə tələblər

  • Təsdiqlənmiş marketinq üzrə  təcrübə
  • Marketinq, rəqəmsal marketinq, reklam, xidmət satış sahəsində iş təcrübəsi
  • Güclü ünsiyyət, təqdimat bacarıqları
  • Komanda ilə işləmə bacarığı 
İş haqqında məlumat
  • Şirkətin marketinq strategiyasının hazırlanmasında və həyata keçirilməsini təmin edir
  • Bazarın, rəqiblərin və müştəri tələbatının təhlilini aparmaq, əldə olunan nəticələr əsasında təkliflər vermək
  • Şirkətin xidmətlərinin tanıdılması məqsədilə reklam və marketinq kampaniyalarını planlaşdırmaq və icrasını təmin etmək
  • Rəqəmsal marketinq fəaliyyətlərini (sosial media, veb-sayt, e-poçt marketinqi və s.) koordinasiya etmək.
  • Marketinq materiallarının (buklet, kataloq, təqdimat, banner və s.) hazırlanmasını təşkil etmək
  • Reklam agentlikləri, tərəfdaşlar və digər xidmət təminatçıları ilə əməkdaşlıq etmək
  • Marketinq büdcəsinin səmərəli istifadəsinə nəzarət etmək
  • Keçirilən reklam və marketinq tədbirlərinin effektivliyini təhlil etmək və hesabatlar hazırlamaq
  • Şirkətin tanınmasının artırılması istiqamətində tədbirlər həyata keçirmək
  • Satış şöbəsi ilə koordinasiyalı işləyərək satışların artırılmasına yönəlmiş marketinq fəaliyyətlərini dəstəkləmək
  • Müştəri məmnuniyyətinin öyrənilməsi məqsədilə sorğular və araşdırmalar aparmaq
  • Sərgi, konfrans, təqdimat və digər tədbirlərin təşkilində iştirak etmək
  • Şirkətin korporativ üslubunun və brend standartlarının qorunmasına nəzarət etmək
  • Rəhbərlik tərəfindən verilən marketinq sahəsi üzrə digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək
  • Marketinq fəaliyyəti ilə bağlı dövri hesabatlar hazırlayaraq rəhbərliyə təqdim etmək
  • Şirkətin xidmətlərinin marketinq standartlarını öyrənmək və iş prosesində düzgün tətbiq etmək

 

İş şəraiti:

  • Həftə içi 5 gün (Bazar ertəsi-Cümə): 09:00-18:00
  • Vəzifə artımı imkanı
  • Azərbaycan Respublikası rəsmi əmək müqaviləsi əsasında qeydiyyat
  • Rəqabətli əmək haqqı
  • Koorperativ nömrə şirkət tərəfindən qarşılanır
  • Effektivlik göstəricilərinə (KPI) əsasən əmək haqqının təkrar dəyərləndirilməsi

 

Namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Marketinq üzrə mütəxəssis” başlığı ilə göndərmələrini xahiş edirik. 

 

Müsahibəyə yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər dəvət olunacaq.

 

Ünvan: Abşeron rayonu, Xırdalan şəhəri

 

Əlaqə nömrəsi: +994 50 275 42 92 

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: