- Kateqoriya: Marketinq
- Şəhər: Bakı
- Ünvan: Mir Cəlal küç., 15
- İş təcrübəsi: 3-5 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 8755
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 12.12.2024
- Elanın bitmə tarixi: 11.01.2025
Namizədə tələblər
- İqtisadiyyat, idarəetmə, marketinq və ya yaxın sahələr üzrə ali təhsil.
- Marketinq sahəsində minimum 3 il iş təcrübəsi.
- Yüksək təşkilatçılıq qabiliyyəti və vaxtın düzgün idarə edilməsi bacarığı.
- Yaxşı kommunikasiya bacarıqları və komanda ilə koordinasiyalı şəkildə işləmə bacarığı.
- Xarici dil: rus dili və ya ingilis dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı.
- Microsoft Office proqramlarını (Excel, Word, PowerPoint) yaxşı səviyyədə istifadə etmə bacarığı.
- Təqdimat və hesabat hazırlamaq bacarığı.
- Yaradıcı düşüncə və innovativ həllər təklif etmək bacarığı.
İş haqqında məlumat
Qafqazın ən böyük metallurgiya müəssisəsi olan Baku Steel Company “Marketinq üzrə aparıcı mütəxəssis” axtarışındadır:
𝑻ə𝒔𝒗𝒊𝒓:
- Şirkətin ümumi strategiyası ilə uyğun olaraq uzunmüddətli və qısa müddətli marketinq strategiyalarını hazırlamaq və həyata keçirmək.
- Şirkətin hədəf bazarını, müştəri seqmentlərini və bazar ehtiyaclarını təhlil etmək, uyğun marketinq yanaşmalarını inkişaf etdirmək.
- Rəqiblərin fəaliyyətlərini və bazar tendensiyalarını izləyərək şirkətə ən uyğun marketinq strategiyalarını təklif etmək.
- Şirkətin ictimai əlaqələrini qurmaq, mətbuat konfransları və tədbirlər təşkil etmək.
- Media ilə əlaqələr yaratmaq və şirkətin imicini müsbət yöndə idarə etmək.
- Şirkətin media nümayəndələri ilə əlaqələrini idarə etmək və məqsədyönlü PR kampaniyalarını həyata keçirmək.
- Sosial media, SEO, SEM, Google Ads, e-mail marketing və digər rəqəmsal kanallarda marketinq kampaniyalarını hazırlamaq, tətbiq etmək və izləmək.
- Rəqəmsal marketinq platformalarında şirkətin baxış saylarını artırmaq və onlayn müştəri əlaqələrini gücləndirmək.
- Şirkətin məhsullarını və xidmətlərini tanıdan tədbirləri təşkil etmək, yerli və xarici sərgilərdə və tədbirlərində iştirak etmək.
- Hədəf auditoriya üçün fərqli marketinq kampaniyaları və promosyonlar təşkil edərək şirkət məhsullarının tanıtımını etmək.
- Əlaqəli struktur bölmələr ilə koordinasiyalı şəkildə işləmək və layihələrin uğurlu şəkildə həyata keçirilməsini təmin etmək.
- Marketinq dünyasında meydana çıxan yeni tendensiyaları və texnologiyaları izləmək, şirkətə uyğun olanları tətbiq etmək.
- Şirkətin marketinq strategiyalarını yenilikçi yanaşmalarla təkmilləşdirmək və rəqəmsal texnologiyalardan istifadə edərək daha geniş auditoriyaya çatmaq.
Ə𝒍𝒂𝒗ə 𝒎ə𝒍𝒖𝒎𝒂𝒕𝒍𝒂𝒓:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş yeri: Bakı şəh., Mir Cəlal küç., 15 (Dərnəgül);
- Rəqabətədavamlı əmək haqqı.
Müraciətlərinizi qeyd edilmiş e-mail ünvanına başlığı altında “Marketinq üzrə aparıcı mütəxəssis” qeyd edərək yönləndirməyiniz xahiş olunur.