
- Kateqoriya: Marketinq
- Şəhər: Bakı
- Ünvan: Mayak Residence layihəsi
- İş təcrübəsi: 3-5 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 10221
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 07.02.2025
- Elanın bitmə tarixi: 09.03.2025
Namizədə tələblər
- Marketinq və ya iqtisadiyyat sahəsində ali təhsilin bakalavr və ya magistr dərəcəsi;
- Marketinq sahəsində azı 3 il, marketinq rəhbəri vəzifəsində isə minimum 1 il iş təcrübəsi;
- Marketinq strategiyası, brend idarəçiliyi və bazar araşdırmaları haqqında dərin biliklər;
- Marketinq fəaliyyətində effektiv nailiyyətlərə malik olmaq;
- Rəqəmsal marketinq alətləri və sosial media platformaları ilə işləmə bacarığı;
- Güclü analitik düşüncə, kreativlik və liderlik qabiliyyəti;
- Rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı;
- Tikinti sektorunda marketinq rəhbəri vəzifəsində təcrübəyə malik olanlara üstünlük veriləcəkdir.
İş haqqında məlumat
- Marketinq strategiyasının və büdcə planlamasının işlənib hazırlanması, analitik təhlillərin aparılması, proqnozların verilməsi, strategiyanın yerinə yetirilməsinin təmin edilməsi;
- Rəqəmsal, reklam, kommunikasiya və kreativ istiqamət üzrə marketinq komandasına strateji istiqamətin təyin edilməsi;
- Marketinq komandasının hədəflərinin təyin edilməsi və təqib olunması;
- Bazar mövqelənməsinin təyin olunması və bu istiqamətdə işlərin təşkil edilməsi;
- Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması;
- Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmalarının aparılması, bazar dinamikasını, rəqibləri və rəqib məhsullarının təqib edilməsi;
- Şirkətin marketinq siyasətinin inkişaf etdirilməsi ilə əlaqədar potensial strateji tərəfdaşlıq əlaqələrinin yaradılması;
- Yeni bazar seqmentinə çatmaq və bazar payının genişlənməsinin təmin edilməsi;
- Marka mesajının doğru kommunikasiya kanalları vasitəsilə hədəf kütləyə çatdırılmasının təmin edilməsi;
- PR, reklam, təqdimat işlərinin, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət edilməsi;
- Partnyorlarla daim ünsiyyətdə olmaq və onlardan promo kampaniyaların keçirilməsi üçün dəstək əldə etmək;
- Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
- Qiymət strategiyasının işlənib hazırlanması;
- Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi, analitik təhlillərin aparılması;
- Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi;
- Marketinq plan və layihələrinin məhsuldarlığının idarə edilməsi;
- Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi.
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir;
- Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur;
- İş yeri: Mayak Residence layihəsi.
Müraciət qaydası:
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Marketinq Meneceri” qeyd edərək, elektorn poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.