
- Kateqoriya: Marketinq
- Şəhər: Bakı
- İş təcrübəsi: 3-5 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 10073
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 03.02.2025
- Elanın bitmə tarixi: 05.03.2025
Namizədə tələblər
- Marketinq və ya iqtisadiyyat sahəsində ali təhsilin bakalavr və ya maqistr təhsilinin olması;
- Marketinq sahəsində azı 3 il, marketinq rəhbəri vəzifəsində isə azı minimum 2 il iş təcrübəsinin olması;
- Marketinq və bazar araşdırmaları haqqında dərin biliyə malik olması;
- Marketinq fəaliyyətində effektiv nailiyyətlərə malik olması;
- Rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət qurma bacarığının olması;
- Tikinti və restoran sektorunda marketinq rəhbəri vəzifəsində təcrübəyə malik olanlara üstünlük veriləcəkdir.
İş haqqında məlumat
- Marketinq strategiyasının və büdcə planlamasının işlənib hazırlanması, analitik təhlillərin aparılması, proqnozların verilməsi, strategiyanın yerinə yetirilməsinin təmin edilməsi;
- Rəqəmsal, reklam, kommunikasiya və kreativ istiqamət üzrə marketinq komandasına strateji istiqamətin təyin edilməsi;
- Marketinq komandasının hədəflərinin təyin edilməsi və təqib olunması;
- Bazar mövqelənməsinin təyin olunması və bu istiqamətdə işlərin təşkil edilməsi;
- Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması;
- Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmalarının aparılması, bazar dinamikasını, rəqibləri və rəqib məhsullarının təqib edilməsi;
- Şirkətin marketinq siyasətinin qurulması, inkişaf etdirilməsi ilə əlaqədar potensial strateji tərəfdaşlıq əlaqələrinin yaradılması;
- Yeni bazar seqmentinə çatmaq və bazar payının genişlənməsinin təmin edilməsi;
- PR, reklam, təqdimat işlərinin, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət edilməsi;
- Partnyorlarla daim ünsiyyətdə olması və onlardan promo kampaniyaların keçirilməsi üçün dəstəyin əldə edilməsi;
- Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
- Qiymət strategiyasının işlənib hazırlanması;
- Kompaniyalar hazırlamaq,onların nəticələrinin və marketinq fəaliyyətlərinin effektivliyini ölçən hesabatları tərtib edib rəhbərliyə təqdim etmək;
- Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi, analitik təhlillərin aparılması;
- Yeni və mövcud kompaniyalar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi;
- Marketinq plan və layihələrinin məhsuldarlığının idarə edilməsi;
- Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi.
Digər qeydlər:
- Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə təyin olunacaq.
CV-lərinizi elektron poçt ünvanına "marketinq meneceri" başlığı ilə göndərməyiniz xahiş olunur.