
- Kateqoriya: Marketinq
- Şəhər: Bakı
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 11422
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 13.03.2025
- Elanın bitmə tarixi: 12.04.2025
Namizədə tələblər
- Marketinq, Brend İdarəetməsi, Biznesin İdarəedilməsi, Kommunikasiya və ya oxşar sahələr üzrə bakalavr dərəcəsi və ya;
- Beynəlxalq marketinq, rəqəmsal marketinq, brend idarəetməsi və ya data analitikası üzrə sertifikat (məsələn, CIM, PCM, CDMP və ya ekvivalent) və s;
- Bərabər iş təcrübəsi.
Professional bacarıq və səriştələr:
- Güclü layihə idarəetməsi, təşkilatçılıq və çoxlu tapşırıq icraetmə bacarıqları;
- Mükəmməl ünsiyyət və qarşılıqlı əlaqə qurma qabiliyyəti;
- Büdcə planlaşdırması, hesab-fakturaların idarə edilməsi, maliyyə izləmə və xərclərin təyin edilməsi bacarıqları;
- Yaradıcı problem həll etmə və kampaniyaları optimallaşdırma bacarığı;
- Sürətli və dinamik mühitdə işləmə qabiliyyəti.
İş haqqında məlumat
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
Marketinq layihələri üzrə koordinator – Sinteks Şirkətlər Qrupuna daxil olan şirkətlərdən və digər tərəfdaş təşkilatlardan daxil olan kampaniya əsaslı marketinq layihələrinin və xidmət sorğularının idarə edilməsində əsas əlaqələndirici rolunu oynayır. Layihələrin effektiv planlaşdırılmasını, icrasını və qiymətləndirilməsini təmin edir, daxili marketinq komanda rəhbərləri və xarici podratçılarla əməkdaşlıq edir. Marketinq layihələri üzrə koordinator marketinq agentlikləri ilə əlaqələndirici kimi çıxış edərək strukturlaşdırılmış marketinq kampaniya planları təqdim edir, təsdiqləri alınmasını təmin edir və icrasına nəzarət edir.
Vəzifə öhdəlikləri:
Kampaniya və layihə idarəetməsi:
- Sinteks Şirkətlər Qrupuna daxil olan müxtəlif şirkətlərin Brend Menecerlərindən daxil olan marketinq layihə və kampaniya sorğularını qəbul etmək, dəyərləndirmək və rəsmiləşdirmək;
- Marketinq kampaniyaları üzrə planları hazırlamaq, məqsədləri, KPI-ları, taktiki fəaliyyətləri və resurs bölgüsünü müəyyən etmək, bu planları Brend Menecerlərə təsdiqə təqdim etmək;
- Kampaniyaların razılaşdırılmış vaxt qrafiki, büdcə və keyfiyyət standartlarına uyğun icrasını təmin etmək.
Komandalararası idarəetmə və maliyyə uzlaşması:
- Kampaniyanın effektiv icrası üçün marketinq bölmələrinin rəhbərləri (Kreativ, CRM, Analitika, Rəqəmsal, Aktivasiyalar) ilə əməkdaşlıq etmək;
- Layihə əsasında müəyyən xidmətləri daxili marketinq komandasına həvalə etməkvə layihənin həcminə uyğun olaraq əlavə bonus ödənişlərinin əvvəlcədən təyin olunmuş qaydada idarə etmək;
- Reklam, istehsal və promosyon tələblərinin yerinə yetirilməsi üçün podratçılar və agentliklərlə əməkdaşlıq etmək, hər kampaniya üçün reklam, istehsal və işçi xərclərini müəyyən etmək;
- Kampaniyanın icrası ilə bağlı hesab-fakturaları hazırlamaq və emal etmək,podratçılar üçün ödənişlərin dəqiqliyini və xarici biznes bölmələri üçün xərclərin uyğunlaşdırılmasını təmin etmək;
- Marketinq layihələrinin xərclərini izləmək və hesabatlandırmaq, təsdiqlənmiş büdcə və maliyyə nəzarəti ilə uyğunluğunu təmin etmək.
Maraqlı tərəflərlə əlaqə və müştəri xidməti:
- Sinteks Şirkətlər Qrupuna daxil olan Brend Menecerlərin marketinq xidməti və layihə sorğuları üçün əsas əlaqə nöqtəsi kimi çıxış etmək;
- Brend Menecerlərə və şirkət rəhbərliyinə vaxtında yeniliklər və irəliləyiş hesabatları təqdim etmək, lazım gəldikdə tövsiyələr vermək;
- Kampaniya sonrası göstəriciləri və nəticələri analiz edərək müvafiq tərəflərə təqdim etmək, davamlı inkişaf və optimallaşdırma prosesini təmin etmək.
İş təcrübəsi:
- Marketinq sahəsində minimum 2 il iş təcrübəsi, xüsusilə kampaniya idarəetməsi, layihə idarəetməsi və ya müştəri hesablarının idarə olunması üzrə;
- Moda və ya yaradıcı sənayedə iş təcrübəsi arzuolunandır;
- Uğurlu marketinq kampaniyalarının idarə edilməsi və funksional komandalarla əməkdaşlıq üzrə sübut olunmuş təcrübə.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Marketinq layihələri üzrə koordinator” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar

Tempus
Məhsul üzrə Menecer (Product-manager)
Maaş: 1750 - 2500 AZN
14.03.2025
Bakı
7

Sirab Satış və Dağıtım MMC
Brend Menecer
Maaş: Müsahibə əsasında
13.03.2025
Xırdalan
20

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Aparıcı məhsul sahibi
Maaş: Müsahibə əsasında
13.03.2025
Bakı
18

Pharmaline Group
Менеджер по работе с рекламными партнерами
Maaş: Müsahibə əsasında
12.03.2025
Bakı
24

Caspident
Event menecer (tədbir meneceri)
Maaş: Müsahibə əsasında
12.03.2025
Bakı
19

Estet
SMM və SEO
Maaş: Müsahibə əsasında
12.03.2025
Bakı
18