- Kateqoriya: Marketinq
- Şəhər: Bakı
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Nahar: Bəli verilir
- Elan ID: 7912
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 13.09.2024
- Elanın bitmə tarixi: 13.10.2024
Namizədə tələblər
- Marketinq, Biznes, İqtisadiyyat, ali təhsil arzu olunandır;
- Məhsulların idarə edilməsi, inkişafı, məhsul dizaynı, məhsulların bazara çıxarılması strategiyasının qurulması sahəsində minimum 2 il iş təcrübəsi;
- Marketinq sahəsində təcrübə arzu olunandır;
- Planlaşdırma və tapşırıqların qoyulması baxımından layihəni idarə etmək bacarığı;
- Təşkilatçılıq və strateji düşünmə bacarıqlarının olması;
- Müştəri yönümlü mobil tətbiqlərdə iş təcrübəsi;
- İngilis dili və ofis proqramlarında işləmək bacarığı.
İş haqqında məlumat
İş yeri: Bakı şəhəri
Vəzifə öhdəlikləri:
- Mobil tətbiqin potensial istifadəçilərinin auditoriyasını müəyyənləşdirmək və onların ehtiyaclarını öyrənmək;
- Mobil tətbiqin funksional məzmunu ilə bağlı yeni fikirlər irəli sürmək;
- B2B istifadəçi yönümlü marketinq kampaniyalarının hazırlanmasını və icrasını təmin etmək;
- Mobil tətbiq istifadəçilərinin rəylərini toplayıb, təhlil etmək;
- Şirkətin tətbiqini rəqiblərin tətbiqi ilə müqayisə edərək bazarı təhlil etmək;
- Mobil tətbiqin texniki parametrlərinin yüksəldilməsini, praktiki istifadəsinin hədəfə çatmasını və daha istifadəçi yönümlü olmasını təkminləşdirmək.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun əmək haqqı;
- Korporativ mobil nömrə;
- Karyera inkişafı.
Müraciət qaydaları:
CV-nizi elektron poçt üvanına mövzu hissədə vəzifə adını - “ Marketing Product Manager (Mobil tətbiq üzrə)” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.