A
- Kateqoriya: Maliyyə
- Şəhər: Bakı
- İş təcrübəsi: 1 ildən az
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- Yaş: 25 - 40
- İş rejimi: Tam-ştat
- Elan ID: 9466
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 14.01.2025
- Elanın bitmə tarixi: 13.02.2025
Namizədə tələblər
- Ali iqtisadi təhsil;
- Maliyyə və Mühasibatlıq sahəsində iş təcrübəsi;
- Mükəmməl səviyyədə Microsoft Office proqramları biliyi;
- Azərbaycan və Rus dillərində sərbəst danışıq danışıq qabiliyyəti;
- Azərbaycan Respublikası Mülki Məcəlləsi, Vergi Məcəlləsi, Əmək Məcəlləsinin tələblərini yaxşı səviyyədə bilməli və işində rəhbər tutmalıdır;
- Yaş həddi: 25 – 40.
İş haqqında məlumat
- Şirkətə daxil olan bütün qaimə fakturaların uçotu, təsdiqlərinin alınması üçün menecerlərə ünvanladırılması, hesabatının hazırlanması və proqram təminatında lazımı hesablarda uçotunun aparılması;
- Qaimə faktura göndərən qarşı tərəflərlə üzləşmənin aparılması, qaimədən əvvəl təqdim olunan marketing xərclərinin hesabatlarının hazırlanması, qaimələrin düzəlişə və ya ləğvə göndərilməsinin səbələrinin araşdırılması;
- Şəbəkələr və top maqazinlər üzrə həftəlik və aylıq əsasda qalıq borcları barədə hesabatların rəhbərliyə təqdim edilməsi;
- Şəbəkələr üzrə gecikmiş qaimələrin siyahısının çıxarılması və aidiyyatı şəxslərə təqdim edilməsi;
- Mənfəət-zərər hesabatının hazırlanması, onunla əlaqədar olaraq bütün işlək faylların hazırlanması (silinmələr, aksiyaların sayılması, vaxtı bitmiş mal hesabatı, kommersiya büdcələri), bütün müxabirləşmələrin proqramda tanıdılması;
- Qida üzrə bütün portfellərin mal girişi zamanı büdcələrin hesablanması və proqramda maya dəyərlərinə əlavə edilməsi;
- Qida üzrə bəzi portfellərin büdcə üzləşmələrinin aparılması, lazimi məlumatların hazırlanması;
- Bəzi şəbəkələr üzrə ödəniş bölgüsünün hazırlanması və mühasibatlığa təqdim edilməsi;
- Ödəniş üçün nəzərdə tutulan qaimələrin yığılaraq mühasibatlığa təqdim edilməsi;
- Mağazalar üzrə vadə günlərinin rəhbərin göstərişinə əsasən azaldılıb-artıqılmasını həyata keçirmək;
- ƏDV balans hesabının qalıqlarının təmizlənməsi, əvəzləşmə edilən məbləğlərin bağlanmasını proqramda həyata keçirmək;
- Kreditor borclara nəzarət və proqramda qalıqlarının düzəldilməsinin həyata keçirilməsi.
- Bank kredit faizlərinin hesablanması və portfellər üzrə bölgüsünün verilməsi hesabatı;
- Paşa Həyat Sığortasına qoşulmuş əməkdaşların ödənişlərinin işlənilməsi və ümumi olaraq administrator funksiyasının icrasının həyata keçirilməsi;
- Fəaliyyəti ilə əlaqədar digər strukturlarla əlaqələndirməni həyata keçirməlidir;
- Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməlidir;
- Bütün növ ciddi hesabat sənədlərinin qeydiyatını aparır;
- Struktur bölmə rəhbərinin həvalə etdiyi digər işləri yerinə yetirir;
- İş saatı həftənin 5 günü 09:00 – 18:00;
- İş yeri Köroğlu metrosu tərəfində yerləşir.
Əlaqə / Контакты / Contacts:
Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.
Если Вы соответствуете вышеуказанным требованиям и хотели бы претендовать на данную позицию, пожалуйста, пришлите Ваше резюме, указав название вакансии в теме письма на электронный адрес. В противном случае Ваше резюме может быть не рассмотрено.
If you meet the above profile and would like to apply for this opportunity please apply by forwarding your CV to the e-mail address. Please include the job title in the email subject line, otherwise, it will not be considered.