Maliyyə Risklərinin İdarəedilməsi üzrə Mütəxəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssis
- Kateqoriya: Maliyyə
- Şəhər: Bakı
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 9703
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 22.01.2025
- Elanın bitmə tarixi: 21.02.2025
Namizədə tələblər
- İqtisadiyyat, Maliyyə və ya Riyaziyyat üzrə ali təhsil;
- Kompyuter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
- Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili bilikləri arzuolunandır.
Təcrübə
- Ümumilikdə əlaqəli sahədə 2 il iş təcrübəsi; Risklərin idarə olunması, audit üzrə minimum 1 il təcrübə (sığorta şirkətlərinin birində, digər maliyyə təşkilatlarında və ya Big4 şirkətlərində təcrübəli namizədlərə üstünlük verilir).
Bacarıqlar
- Təqdimat bacarıqları;
- Komandada işləmək bacarığı;
- Yaxşı ünsiyyət bacarığı;
- Məntiqi və analitik düşüncə;
- Risklərin müəyyən edilməsi və qarşısının alınması tədbirləri;
- Stresə davamlılıq;
- Təşəbbüskarlıq;
- Məqsədyönlülük;
- Emosional stabillik və məsuliyyətli olmaq.
İş haqqında məlumat
- Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;
- Maliyyə təşkilatları və təkrarsığorta şirkətlərinin reytinqlərinin nəzarətdə saxlanılması və onların mütəmadi yenilənməsində iştirak etmək;
- Maliyyə risklərinin idarə edilməsi ilə bağlı siyasət sənədlərinin, prosedur və metodologiyaların hazırlanması və yenilənməsində iştirak etmək;
- Mütəmadi olaraq risklərin qiymətləndirilməsində və onun nəticəsində risk xəritəsinin hazırlamanmasında iştirak etmək;
- Şirkətin kapital adekvatlığı və stress-test modellərinin hazırlanmasında, onların tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsində iştirak etmək;
- Maliyyə riskləri limitlərinin hesablanmasına dair təkliflərin verilməsi;
- Risk İştahası Bəyannaməsinin hazırlanmasında iştirak etmək;
- Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə digər departamentlərdən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;
- Riyazi və statistik metodlardan istifadə etməklə maliyyə risklərinin qiymətləndirilməsi;
- Maliyyə riskləri ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək;
- Müvafiq daxili hesabatların hazırlanmasında iştirak etmək;
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi elektron poçt ünvanına göndərin.
Oxşar vakansiyalar
Soliton
Yığım üzrə operator
Maaş: 600 - 1000 AZN
06.12.2025
Bakı
21
Bank Respublika ASC
Aqro və mikrokreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis (Şəmkir)
Maaş: Müsahibə əsasında
05.12.2025
Bakı
35
T
TT Technologies
Cost Controller / Financial Analyst
Maaş: Müsahibə əsasında
05.12.2025
Bakı
24
ELIT.EO
Əməliyyatçı (Şirvan filialı)
Maaş: Müsahibə əsasında
03.12.2025
Şirvan
35
Auto Azerbaijan
Mühasibatlıq şöbəsi - Baş mütəxəssis
Maaş: Müsahibə əsasında
29.11.2025
Bakı
60
Mint Services MMC
Əmək haqqı hesablanması üzrə mütəxəssis
Maaş: 1600 - 1800 AZN
28.11.2025
Bakı
102