
- Kateqoriya: Maliyyə
- Şəhər: Bakı
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 10624
- Elanın yerləşdirmə tarixi: 19.02.2025
- Elanın bitmə tarixi: 21.03.2025
Namizədə tələblər
- Ali təhsil (Maliyyə istiqaməti üzrə);
- ACCA, CFA, CFI və s. maliyyə sertifikatların olması arzuolunandır;
- Data Analitika, Bank, Hesabatlıq və ya Maliyyə sahəsində ən az 1 il iş təcrübəsinə sahib;
- SQL, MS Office proqramlarında işləmə təcrübəsi;
- İnduktiv və analitik təhlil bacarığına sahib;
- Yaradıcılıq və innovasiya bacarığına sahib;
- Problemləri həll etmə bacarığına malik;
- Layihələrin idarə olunması bacarığına sahib olan şəxsdir.
İş haqqında məlumat
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
- rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- yüksək komanda ruhunda əməkdaşlıq;
- karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- Əsas maliyyə hesabatlarının hazırlanması (balans, mənfəət-zərər və s);
- Rəhbərliyin tələblərinə əsasən (gündəlik/aylıq/rüblük/illik) hesabatların hazırlanması;
- Hesabat və analitik məqsədlər üçün Rəhbərlik tərəfindən tələb olunan məlumatların təqdim olunması;
- Tələb olunan hesabat formasına uyğun düzgün datanın əldə olunması, datanın yoxlanılması və təhlil olunması, tələb olunan hesabat formasına uyğunlaşdırılması (iri həcmli data ilə işləmə bacarığı);
- Təqdim olunan hesabatlar üzrə göstəricilərin düzgünlüyünün yoxlanılması, fərqlərin araşdırılması və müvafiq düzəlişlərin edilməsi;
- Məlumatların keyfiyyəti ilə bağlı bir problem aşkar etdikdə, lazımi tədbirlərin görülməsi.
Əgər axtardığımız namizəd sizsinizsə qeyd edilən linkə daxil olub qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.