logo

Maliyyə hesabatlığı və mühasibatlıq departamentinin Maliyyə uçotu şöbəsi aparıcı/baş mütəxəssisi

  • Kateqoriya: Maliyyə
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1 ildən az
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 11418
  • Elanın yerləşdirmə tarixi: 13.03.2025
  • Elanın bitmə tarixi: 12.04.2025

Namizədə tələblər

  • Ali təhsil ( İqtisadiyyat üzrə).
  • Rəqəmlərlə işləmə bacarığı.
  • ACCA F3 olması arzuolunandır.
  • SQL biliklərinin olması arzuolunandır.
  • Təşəbbüs götürmək və əməkdaşlıq etmək bacarığı.
İş haqqında məlumat

Biz bankın uçot sisteminin mühasibatlıq standartlarına uyğun işləməsini təmin edəcək baş/aparıcı mütəxəssis axtarırıq. Bu vəzifə bank əməliyyat sistemində baş tutmuş əməliyyatlara nəzarət etmək, vendorlarla hesablaşmaları idarə etmək və nəzarət mexanizmlərini təkmilləşdirmək kimi vacib öhdəlikləri əhatə edir. Əgər siz analitik düşüncəyə malik, rəqəmlərlə işləmə həvəsli, detallara diqqət yetirən və uçot sistemlərinin inkişafında fəal rol oynamağa hazır birisinizsə, komandamıza qoşulmağa dəvət edirik.

 

Öhdəliklər

  • Maliyyə uçotunun bankın siyasətinə və mühasibatlıq prinsiplərinə uyğunluğunu təmin etmək;
  • Hesabların Azərbaycan Respublikasının bank sistemi üçün Hesablar Planına uyğun açılmasını təmin etmək və s.
  • Əməliyyatların Bank Əməliyyat Sistemində düzgün əks etdirilməsinə nəzarət etmək;
  • Uçot səhvlərini və ya uyğunsuzluqları müəyyənləşdirmək və lazimi düzəliş tədbirlərini təklif etmək və s.
  • Bank Əməliyyat Sistemində(BƏS) əməliyyatların düzgün şəkildə əks olunmasını təmin etmək.
  • Proseslərin uçot standartlara uyğun icra olunmasını yoxlamaq və uyğunsuzluqların aradan qaldırılmasını təmin etmək.
  • BƏS-də məlumatların düzgün və tam şəkildə qeydə alınmasını nəzarətdə saxlamaq.
  • Bankın bağladığı müqavilələr əsasında vendorlarla hesablaşmaları və üzləşmələri həyata keçirmək.
  • Vendorlarla bağlanmış müqavilələrə uyğun olaraq ödənişlərin icrasını tələb etmək.
  • Vendorlarla üzləşmələrin düzgün aparılmasını təmin etmək və uyğunsuzluqların həllinə nəzarət etmək.
  • Uçot üzrə nəzarət mexanizmlərinin qurulması və mövcud nəzarət toollarının optimallaşdırılması(mövcud nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və effektivliyinin artırılması)
  • Nəzarət mexanizmlərinin-hesabatların avtomatlaşdırılması və rəqəmsallaşdırılması istiqamətində təkliflər vermək və tətbiq etmək.

 

Üstünlüklər

  • İnkişaf imkanları 
  • Rəqabətli əmək haqqı və bonuslar 
  • Yüksək təminatlı sığorta
  • Dəstəkləyici mühit
  • Visa Premium əmək haqqı kartı 
  • Korporativ endirimlər 
  • Korporativ tədbirlər 
  • Əlavə məzuniyyət 
  • Güzəştli təhsil və işçi kredit
  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: