
- Kateqoriya: Maliyyə
- Şəhər: Bakı
- İş təcrübəsi: 3-5 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 10586
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 18.02.2025
- Elanın bitmə tarixi: 20.03.2025
Namizədə tələblər
- Təhsil: maliyyə, mühasibat uçotu, iqtisadiyyat, biznes və ya statistika sahəsində bakalavr və ya magistr dərəcəsi;
- Təcrübə: minimum 3-5 il;
- Bilik (dillər, proqramlar və s.): azərbaycan və rus dillərinə sərbəst biliq, ingilis dili biliyi üstünlükdür;
- Texniki bacarıqlar: MS Office, Power BI, SQL, Python və əlaqəli alətlərin qabaqcıl istifadəsi (Excel-də yüksək səviyyə);
- 1C 8.2, MS Office proqramları ilə işləmə bacarığı.
Xüsusi bacarıqlar (danışıq, analitik düşüncə və s.):
- Mühasibat uçotunun ümumi qəbul edilmiş prinsipləri və qaydaları, beynəlxalq maliyyə idarəetməsi və iqtisadi prinsiplər haqqında nəzəri bilik;
- Məntiqi, analitik düşüncə və maliyyə modelləşdirmə bacarıqlarının təsdiqi;
- Danışıq bacarıqları və möhkəm iş münasibətləri qurmaq qabiliyyəti;
- Dəqiqlik, diqqətlilik, planlaşdırma və təşkilatçılıq bacarıqları;
- Problemləri tez müəyyən etmək və həll etmək qabiliyyəti;
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
- Toplanmış bilik və təcrübəni bölüşmək qabiliyyəti.
Şəxsi keyfiyyətlər (stressə davamlılıq və s.): stressə davamlılıq, komanda işi bacarıqları, təqdimat bacarıqları, güclü özünüidarəetmə və müddətlərə riayət mədəniyyəti, korporativ maliyyə, məlumat təhlili və maliyyə diaqnostikası biliyi.
Əlavə qeydlər: ACCA, CFA və ya sığorta sənayesində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
İş haqqında məlumat
- Şirkətin aylıq korporativ hesabatlarının ("İdarəetmə Hesabatı") və altı aylıq və illik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartları (BMHS) uyğun hazırlanmasında birbaşa iştirak;
- Məlumatların əlçatan hesabatlara təşkili və illik artım, aktivlərin gəlirliliyi, kapitalın gəlirliliyi və sığorta ilə əlaqəli digər təhlillər kimi əsas göstəricilərdən istifadə edərək müxtəlif növ təhlillərin aparılması;
- Maliyyə fəaliyyəti tendensiyalarının və maliyyə risklərinin müəyyən edilməsi və tövsiyələrin verilməsi;
- Biznesin idarə edilməsi və ümumi maliyyə strategiyası üçün tövsiyələr vermək üçün şirkət məlumatlarının öyrənilməsi;
- Biznes-analitika həllərindən istifadə edərək daxili hesabat sisteminin inkişafına töhfə və proseslərin davamlı təkmilləşdirilməsinə dəstək;
- Şirkətlər qrupundan daxil olan sifarişlərə və ümumi xərclərə nəzarət;
- Aylıq gəlir və xərclərin analitikası;
- İqtisadi məlumatların, həmçinin şirkətin maliyyə hesabatları və dövri maliyyə məlumatlarının toplanması;
- Maliyyə göstəricilərinin hesablanması və maliyyə tədqiqatlarının aparılması;
- Biznes bölmələri tərəfindən aylıq əsasda təqdim edilən hesabatlar əsasında Müşahidə Şurası üçün təqdimatların hazırlanması;
- Xarici auditorlarla əlaqə və audit prosesinin effektiv idarə edilməsinə kömək;
- Biznesin mühasibat və hesabat şöbələrinin iş prinsiplərinin başa düşülməsi, təqdim edilən maliyyə hesabatlarının ətraflı təhlili və maliyyə nəzarətinin təmin edilməsi;
- Maliyyə şöbəsinin fəaliyyətində tətbiq olunan qayda və prosedurların hazırlanmasında iştirak.
Rəhbərlik tərəfindən tələb olunan digər tapşırıqların yerinə yetirilməsi.
Digər vəzifələr:
- Fəaliyyət istiqamətləri üçün proqram təminatının hazırlanmasında və müvafiq proseslərin avtomatlaşdırılmasında birbaşa iştirak;
- Sığorta portfelinin maliyyə vəziyyətinin təhlilində iştirak;
- Xarici məlumatların təqdim edilməsində iştirak;
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar (maliyyə təhlili, məlumat toplama və s.).
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Maliyyə analitiki" qeyd etməklə elektron poçt ünvanına göndərsinlər.