
- Kateqoriya: Maliyyə
- Şəhər: Gəncə
- İş təcrübəsi: 3-5 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Orta təhsil
- İş rejimi: Tam-ştat
- Elan ID: 10301
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 10.02.2025
- Elanın bitmə tarixi: 12.03.2025
Namizədə tələblər
Professional biliklər:
- Satışın təşkili
- MS Office Proqramları
- Azərbaycan dili, Rus dili yaxşı səviyyədə, İnglis dili arzuolunandır
Təhsil:
• Orta təhsil (Ali təhsil arzuolunandır)
İş təcrübəsi:
- Pərakəndə satış sektorunda aksesuar və geyim sahəsində ən az 4 il iş təcrübəsi
- İdarəetmə sahəsində ən az 2 il iş təcrübəsi
Professional bacarıq və səriştələr:
- İdarəetmə bacarıqları
- Liderlik
- Təşkilatçılıq
- Ünsiyyət bacarıqları
- Vaxtın idarəolunması
- Problem həll etmə
- Stressə davamlılıq
İş haqqında məlumat
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
- Bu vəzifənin rolu mağazada məhsulların satışını təşkil etməkdir.
Vəzifə öhdəlikləri:
- Mağazanın və satış nümayəndələrinin aylıq satış hədəflərinə çatmasını təmin edir.
- Brendin standartlarına uyğun məhsulların sərgilənməsini təşkil edir.
- Anbardan satış zalına satılan malların əvəzlənməsini təşkil edir.
- Mağazada işçi heyətinin müvafiq sayda və keyfiyyətdə olmasını təmin edir.
- İşçilərin xarici görünüşünün qaydalara uyğun olmasını təmin edir (uniforma, saç, makiyaj, səliqə).
- Mağazaya pos-materialları sifariş edir.
- Yeni işçi heyəti üçün işə giriş təlimatını təqdim edir.
- Mağazaya malların qəbulunun həyata keçirilməsini təşkil edir.
- Mağazanın iş qrafiki ilə işləməsini təmin edir.
- Mağazada olan nasazlıqları müəyyən edir və aradan qaldırılmasını təmin edir.
- Mağazada təmizlik işlərinə nəzarət edir.
- Qaydalara uyğun olaraq mağazanın giriş və çıxışında işçilərin yoxlanılmasını təşkil edir.
- Mağaza işçilərinə məhsullar üzrə təlimlər təşkil edir.
- Şirkətin əmlakının qorunub saxlanılmasını təmin edir və oğurluq halları barədə rəhbərinə məlumat verir.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mağaza meneceri” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.