G
- Kateqoriya: Müxtəlif
- Şəhər: Bakı
- İş təcrübəsi: 5 ildən çox
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 12875
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 23.04.2025
- Elanın bitmə tarixi: 23.05.2025
Namizədə tələblər
- Ali təhsilli olması (logistika, iqtisadiyyat və ya biznesin idarə olunması sahəsində ali təhsilə üstünlük verilir);
- Azərbaycan dili - mükəmməl, rus dili - orta səviyyədə, ingilis dili – arzuolunandır;
- Müvafiq vəzifədə 5 ildən az olmayaraq iş təcrübəsi;
- MS Office üzrə yaxşı biliklər, ERP sistemlərində (1C, SAP,İİKO) sərbəst işləmək bacarığı;
- Yerli və beynəlxalq təchizatçılarla əməkdaşlıq bacarığı və təcrübəsi;
- Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları;
- Analitik düşüncə, planlaşdırma və təşkilatçılıq bacarıqları;
- Məsuliyyətlilik, qərarvermə və komandada işləmək bacarıqları.
İş haqqında məlumat
İşəgötürən: “GFC” MMC, KFC,Pizza Hut və Simit Sarayı restoranlar şəbəkəsi
Əsas vəzifə və öhdəliklər:
- Şöbənin işinin təşkil olunması məqsədilə təchizat və logistika üzrə proseslər və strategiyalarla bağlı təkliflərin təqdim edilməsi;
- Təchizat proseslərinin proqnozlaşdırılması və təkmilləşdirilməsi;
- Təchizat zəncirinin effektiv planlaşdırılması, idarə edilməsi və optimallaşdırılması;
- Yerli və beynəlxalq təchizatçılarla danışıqların aparılması,əlaqələrin qurulması və idarə olunması;
- Şirkətin bütün struktur bölmələri ilə sıx əməkdaşlıq edərək, həmin bölmələrin zəruri mal və materiallarla vaxtında və düzgün şəkildə təmin olunması məqsədilə sifarişlərin verilməsi, nəzarətin həyata keçirilməsi və tədarük prosesinin idarə olunması;
- Şirkətdaxili formalaşdırılmış sifarişləri anbar ehtiyatları ilə müqayisə edərək, aidiyyəti şöbələrin məhsullarla təmin olunmasına nəzarət edilməsi;
- Təchizat üzrə müqavilələrin bağlanması zamanı keyfiyyət, qiymət və xidmət amilləri nəzərə alınmaqla, risklərin azaldılması məqsədilə ən optimal şərtlərin əldə olunması üçün danışıqların aparılması;
- Yerli və xarici bazar araşdırmalarının aparılması, yeni təchizatçıların müəyyən edilməsi;
- Müqavilələrin həyata keçirilməsi,müqavilə şərtlərinin müəyyən edilməsi və icrasına nəzarət;
- Satınalma sorğularının tərtib olunması, təchizatçıların seçimi və qiymətləndirilməsi proseslərinin işlək vəziyyətdə olmasının təmin edilməsi;
- Gömrük rəsmiləşdirilməsi, ixrac sənədlərinin hazırlanması, sertifikatların alınması;
- Nəqliyyat və anbar əməliyyatlarının effektiv şəkildə əlaqələndirilməsi və nəzarətdə saxlanılması;
- Şirkətin davamlı fəaliyyətinin təmin edilməsi məqsədilə tədarükçü ehtiyatının daim nəzarətdə saxlanılması;
- Logistika xərclərinin təhlili və optimallaşdırılması üçün tədbirlərin görülməsi;
- Hesabatların hazırlanması, təhlili və rəhbərliyə təqdim edilməsi;
- Komandanın idarə edilməsi və əməkdaşların inkişafına dəstək verilməsi.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Rəqabətli əmək haqqı;
- 5 günlük iş rejimi;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Logistika və Təchizat üzrə Menecer” qeyd edərək Müraciət Et butonunda qeyd olunan e-ünvanına göndərə bilərlər. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiyalar

Medsol
Laboratoriya üzrə mütəxəssis
Maaş: 800 - 1200 AZN
24.04.2025
Bakı
22

Azəriş LTD
Loqistika üzrə menecer
Maaş: Müsahibə əsasında
24.04.2025
Bakı
26

AZZA Cake House
İstehsalatda köməkçi
Maaş: 560 - 610 AZN
24.04.2025
Bakı
28

AZZA Cake House
Qablaşdırıcı
Maaş: 640 - 750 AZN
24.04.2025
Bakı
29

Rabalon
Logistik üzrə mütəxəssis
Maaş: Müsahibə əsasında
23.04.2025
Bakı
33
P
PFM Catering
VİP Nəzarətçi
Maaş: 450 AZN
23.04.2025
Bakı
27