logo

Logistika üzrə kiçik mütəxəssis

  • Kateqoriya: Müxtəlif
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1 ildən az
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 10069
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 03.02.2025
  • Elanın bitmə tarixi: 05.03.2025

Namizədə tələblər

  • Ali təhsil;
  • MS Office (Word, Excel. PowerPoint) proqramlarında sərbəst işləmə bacarığı;
  • Azərbaycan və Rus dili üzrə yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı, Ingilis dili arzuolunandır;
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
  • Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;
  • Sənədlərin arxivləşdirilməsi və şirkətin tələblərinə uyğun saxlanılması.
İş haqqında məlumat
  • AmoCRM proqramı üzərindən sifarişlərin idarə edilməsi;
  • Daşınan yüklərin qeydiyyatının aparılması və daşınma boyu yükün izlənilməsi;
  • Daşınma zamanı yaranan problemlərin operativ şəkildə həll edilməsi;
  • Gömrük üçün Ərizə, məktubların yazılması;
  • Rərbərliyin verdiyi digər tapşırıqları operativ yerinə yetirilməsi;
  • Nəqliyyatın planlaşdırılması, nəqliyyat dəyərinin hesablanması və sifarişi;
  • Yüklərin vaxtında və düzgün çatdırılmasına nəzarət etmək, gündəlik marşrutlara nəzarət və vaxtında çatdırılmasını təmin etmək üçün marşrut planlarını təkmilləşdirilməsi;
  • Daxil olan və göndərilən yüklərin, sənədlərin qəbulu, daşınması, yerləşdirilməsi, saxlanılması, təyin olunmuş yerlərə yola salınması və vaxtında çatdırılmasına nəzarət.

 

İş şəraiti:

  • Logistika və təchizat zənciri əməliyyatlarında praktiki təcrübə;
  • Dinamik iş mühitində peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Sənaye mütəxəssisləri ilə şəbəkələşmə, işgüzar və ya sosial əlaqələr quraraq əməkdaşlıq etmək imkanları;
  • Təcrübə uğurla başa çatdıqdan sonra şirkət daxilində karyera yüksəlişi perspektivi.

 

Bu vəzifəyə müraciət etmək üçün xahiş olunur CV-nizi elektron poçt ünvanına göndərəsiniz.

 

Tələblərə cavab verən bütün namizədlərdən müraciət formalarını/CV-lərini e-mail mövzu hissəsində “Logistika üzrə kiçik mütəxəssis” qeyd etməklə göstərilən ünvana göndərmələri xahiş olunur.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: