logo

Likvidlik şöbəsi/ Əməliyyatlar üzrə mütəxəssis

  • Kateqoriya: İnzibati
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • İş rejimi: Tam-ştat
  • Nahar: Bəli verilir
  • Elan ID: 9803
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 24.01.2025
  • Elanın bitmə tarixi: 23.02.2025

Namizədə tələblər

  • Ali təhsil (İqtisadiyyat/ Maliyyə/ Mühasibatlıq)
  • Mühasibatlıq sahəsində  2-3  il iş təcrübəsi
  • SAP bilikləri üstünlükdür
  • Komanda ilə işləmə bacarığı
  • Ünsiyyət bacarığı
İş haqqında məlumat

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “ Likvidlik şöbəsi/ Əməliyyatlar üzrə mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər. 

 

Öhdəliklər 

  • Mağazaların POS terminallarla təmin olunması və ləğv edilməsi, yaranmış problemin həll olunması, sənədləşmə işlərinin icrası, nasaz terminalların təmirə gedib geri dönüşünün izlənməsi
  • Pos terminal bank əməliyyatlarının gündəlik SAP sisteminə işlənilməsi və  pos terminal xidmət haqlarının düzgün hesablanmasına nəzarət etmək
  • Mühasibatlıq tərəfindən tələb keçilən ezamiyyə ödənişlərinin hr tərəfindən əldə edilmiş hesab bazasına əsasən yoxlanılaraq icrasını təmin etmək, Sap-də gərəkli işləmlərin edilməsi
  • Bank tərəfindən aylıq pos terminallardan mədaxil olunan və geri qayıdan məbləğlərin sistem üzrə yoxlanışını etmək, çıxan fərqləri araşdırıb banka sorğu keçmək həllini təmin etmək.
  • Mühasibatlıq tərəfindən göndərilən sorğuları cavablandırmaq, istənilən terminal üzrə hesabatları təqdim etmək. Ehtiyac olduğu təqdirdə mağazalarda pos terminallar üçün texniki baxış keçirilməsini, dəyişdirilməsi təmin etmək
  • Müştərilərin və mağazaların pos terminalla olunmuş əməliyyatla bağlı yaranmış problemllərini bankla araşdıraraq həll etmək, kassa artığını mühasibatlıqla araşdırıb iki dəfə tutulan vəsaitləri geri qaytarmaq, sistem üzrə kassa artığından azaldılması
  • Mütəmadi pos terminal reyestrini hazırlamaq, müəyyən dövrlərdə(ildə 2-3) mağaza ilə sayım edib aktlaşdırmaq, əskik pos terminallarla bağlı məlumatı üst rəhbərə təqdim etmək
  • Mühasibatlıq tərəfindən göndərilən yerli ödənişlərin müqavilə, rəsmi kreditor əsasında yoxlanılıb SAP üzrə rəhbərliyə göndərilməsi və təsdiqləndikdən sonra icra etmək
  • Kassa və bank əməliyyatlarına nəzarət, qalıqların doğruluğunu yoxlamaq. 

 

Təminatlar

  • Nahar ilə təmin edilmə
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı
  • 5 günlük iş qrafiki
  • Servis xidməti mövcuddur

 

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Likvidlik şöbəsi/ Əməliyyatlar üzrə mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: